Türkiyə naxçıvanlıları kütləvi deportasiya edir

DogruXeber.az: - İşsizlik səbəbindən vətəni tərk edən naxçıvanlılar, son ümid yeri bildikləri Türkiyədən kütləvi şəkildə geri qaytarılırlar. Hesablamalara görə, son bir neçə gündə min nəfərdən artıq şəxs bu ölkədən Naxçıvana deportasiya olunub. Deportasiyaya səbəb, onların 90 günlük viza müddətinin başa çatması göstərilir.

Bu haqda „Gündəlik Naxçıvan“a Türkiyədən deportasiya olunan şəxslər məlumat verib. Polis gücünə geri qaytarılanlar deyir ki, qonşu ölkədəki son prezident seçkilərinə kimi, viza müddəti illər öncə bitmiş olsa da belə, onlara dəyib-toxunan yox imiş. Seçki bitər-bitməz, öncə onlara Türkiyəni öz xoşları ilə tərk etməklə bağlı xəbərdarlıq edilib. Xəbərdarlıq nəticə vermədiyindən, bu yaxınlarda zorla deportasiya etməyə başlayıblar.

Deportasiya olunanalardan Vaqif İsmayılov deyir ki, indiyə kimi onlara azərbaycanlı olduqları üçün güzəşt edilirmiş. Son seçkilərdən sonra isə, vəziyyət dəyişib, polis onları tutan kimi deportasiya edir:

“Türkiyə biz naxçıvanlıların son ümid yeri idi, onu da əlimizdən aldılar. Viza müddətim illər öncə bitsə də, dəyib-dolaşan yox idi, göz yumurdular, biz də başımızı aşağı salıb, ailəmizə çörəkpulu qazanırdıq. Hərdənbir polis yoxlamasına düşsək də, azərbaycanlı olduğumuzu bilən kimi, güzəşt edib, buraxırdılar. Seçkilərdən sonra isə, başqa ölkə vətəndaşları ilə bizə fərq qoymurlar, tutan kimi deportasiya edirlər. Bir həftə öncə İstanbulda pols məni saxladı, xaricilər şöbəsinə apardı. Şöbə naxçıvanlılarla dolu idi. İki gün saxlayıb, mənimlə birlikdə 100-dən çox naxçıvanlını deportasiya etdilər. Dedilər ki, yuxarıdan tapşırıq var, artıq güzəşt edə bilmirik“.

Şərur rayon sakini Cəmil Quliyev isə bildirir ki, onu İstanbul şəhərindəki iş yerindən götürüb, zorla deportasiya ediblər:

“Artıq, naxçıvanlılar qorxudan küçəyə çıxa bilmirlər ki, tutub, geri göndərəcəklər. İnsanlar var ki, illərdir ailəliklə ev kiraləyib, Türkiyədə işləyirlər. Hamısı bir-bir deport olunur. Polislər iş yerlərini də gəlib yoxlayırlar. Bu zaman orada olan qaçaq işçiləri deportasiya edirlər. Türkiyədə oturumu olan çox sayda naxçıvanlı var ki, onlara toxunmurlar“.

Deportasiya olunanlara Türkiyədə qanunsuz yaşadıqları müddətdən asılı olaraq, 6 aydan üç ilədək bu ölkəyə giriş qadağası qoyulur.


Oxunub: 386

Son xəbərlər

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib

Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

"Baykar" Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub

Türkiyə XİN-dən ABŞ-də ermənilərin təxribatlarına REAKSİYA

Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

“Tuğ” Qoruğunun statusu müəyyənləşdi - QƏRAR

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

Davit Babayan da həbs olundu - RƏSMİ

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO

İgidəlinin işçi canı hesabına İGİDLİYİ

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL

Bu il Şuşada 17 binadan ibarət kompleks tikiləcək - Xüsusi nümayəndə

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Şuşadan Füzuli aeroportuna gedən yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Eldar Mahmudov üzə çıxdı

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları TAPILDI

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul EDİB

Milli Qəhraman Riad Əhmədovla vida mərasimi keçirilir - FOTOLAR

Ermənilərin pis rəftara məruz qalması ilə bağlı məlumat yoxdur - BMT QAK

Yol polisindən paytaxt sakinlərinə və sürücülərə MÜRACİƏT

Ordumuz Xocavənddə artilleriya qurğuları müsadirə edib - VİDEO

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Neftimiz UCUZLAŞDI

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir -VİDEO

Bütün xəbərlər