gundem / dunya
19.09.2023, 10:00
Aİ Somaliyə ərzaq yardımını dayandırdı
Aİ-nin Somalidəki Ümumdünya Ərzaq Proqramı (WFP) üçün maliyyələşdirməsi kütləvi oğurluqların aşkarlanması səbəbindən müvəqqəti olaraq dayandırılıb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Aİ rəsmiləri məlumat yayıb.
"BMT-nin araşdırması aclığın qarşısını almaq üçün geniş miqyasda oğurluq və yardımdan sui-istifadə hallarını aşkar etdikdən sonra Avropa İttifaqının icraçı direktoru Somaliyə maliyyəni müvəqqəti olaraq dayandırıb", - məlumatda deyilir.
BMT-nin araşdırması nəticəsində məlum olub ki, torpaq sahibləri, yerli hakimiyyət orqanları, təhlükəsizlik qüvvələri və yardım işçiləri vəsaitlərin oğurlanmasında iştirak ediblər.
Qeyd edilir ki, maliyyələşmə WFP əlavə şərtlərə cavab verdikdən sonra, o cümlədən tərəfdaşların Somalidə yerində yoxlanılmasından sonra bərpa olunacaq.