gundem / siyaset
19.09.2023, 18:00
Ermənilər `Azərbaycan əsgəri Xankəndidə` deyib HƏYƏCAN TƏBİLİ ÇALIR - Ermənistan MN isə SUSUR...
Ermənistan mətbuatı həyəcanlı xəbərlər yayır. Azərbaycan əsgərinin Xankəndidə göründüyü də erməni KİV-ində iddia olunub.
"DogruXeber.az" DİA.AZ-a istinadən bildirir ki, bu xəbərlər düşmən cinahında təlaaşa səbəb olsa da, Erməni mənbələr yazır ki, hazırda Ermənistan Müdafiə Nazirliyi telefon zənglərinə cavab vermir.
Qeyd edilir ki, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin başlanmasına münasibət bildirməyib, sadəcə, “Ermənistan sərhədlərində vəziyyətin stabil olduğunu” qeyd edib.
Bundan əlavə, İrəvandan “Azərbaycan hakerləri erməni resurslarına hücum edir” deyə bildirirlər.