gundem / siyaset / hadise / dunya
19.09.2023, 12:15
Liviyada kütləvi etirazlar başlayıb
Daşqınlardan əziyyət çəkən Liviyada genişmiqyaslı etirazlar başlayıb.
"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, Dernada yüzlərlə insan əsas məscidin qarşısında toplaşıb. Etirazçılar hakimiyyəti fəaliyyətsizlikdə ittiham edərək hökumətin istefasını tələb ediblər.
Onlar həmçinin Dernada Birləşmiş Millətlər Təşkilatının ofisinin açılmasını və "şəhərin yenidən qurulması və zərər çəkmiş sakinlər üçün kompensasiya"nın başlanmasını, eləcə də mövcud şəhər şurasının və əvvəlki büdcələrin nəzərdən keçirilməsini istəyiblər.
Bundan əlavə, Dernada dünyanın bir sıra ölkələrindən olan xilasedicilər dağıdıcı seldən sonra dağıntıları təmizləmək üçün çalışırlar, onlar xüsusi olaraq kömək üçün oraya gəliblər.