ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi

Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"DogruXeber.az" xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.

ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.


Oxunub: 258

Son xəbərlər

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? - İDDİA

Qüdsi Osmanov Rumıniyaya səfir təyin olunub

Aydın Talıbova məxsus Araz marketdə növbəti rəzillik: Mənim uşaqlarıma nəysə olarsa kim cavab verəcək? - VİDEO

“Nə bilərdim ki, başımın altında əfi ilan saxlamışam” - Generalın məhkəməsində söz savaşı

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

Əmək hüququ pozulan vətəndaş hansı addımı atmalıdır? - Vəkildən çağırış

Avropada cinsi yolla ötürülən infeksiyaların artması

Tədqiqat bel ağrısını onurğa 'amortizatorlarında' bir hüceyrə alt növü ilə əlaqələndirir

Ülvi Baxşəliyev Azərbaycanın Moldovadakı səfiri təyin olunub

"24 saat ərzində Qəzzada 310 fələstinli öldürülüb" - BMT

Antarktika pinqvinlərində həddindən artıq yuxu davranışı tapıldı

Bərdədə Atamoğlan əməlli-başlı ATAMANLIQ EDİR... - NARAZILIQ VAR...

Azərbaycanın gömrük postlarında 1 800-dən çox yük maşını gözləyir

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi (VİDEO/YENİLƏNİB)

Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi

Yol polisi sürücülərə müraciət etdi

Bazar günü hava necə olacaq?

BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

Azərbaycan Rumıniyaya yeni səfir təyin etdi - SƏRƏNCAM

Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

Neftimiz bahalaşıb

"Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var" - Prezident Qarabağ ermənilərindən danışdı

İsrailin Qəzza ilə müharibəsi uzun müddət davam edəcək

Yeni ildə 7 gün İŞ OLMAYACAQ

İlham Əliyev iqtisadi islahatlardan DANIŞDI

Dövlət başçısı Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi (FOTO)

Sürücü sərnişinləri avtobusda qoyub taksi ilə getdi

Qvatemala prokurorları prezident seçkilərinin legitimliyini tanımaqdan imtina edib

Bütün xəbərlər