"Əlinin papağını Vəlinin başına, Vəlinin papağını..." - İcra başçısı ilə bələdiyyə sədri nə işlər çevirir? // VİDEO + FOTO

Artıq, bir aydan çox müddətdir ki, ara-sıra "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında İmişli rayon sakini Əkbərova Əsmər Allahyar qızının redaksiyamıza müraciəti barəsində qısa məlumatlar veririk. Hətta, ötən həftə dərc etdiyimiz yazıda xanımın iddiaları barəsində aidiyyatı üzrə qurumlara - eləcə də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də rəsmi sorğular göndərdiyimizi vurğulamışdıq.

Əlbir olub bələdiyyə icra ilə...

Əvvəla onu qeyd edək ki, xeyli müddət keçdikdən sonra, nəhayət ki, ötən gün Azərbaycan Respublikasının Baş Prokurorluğundan "cavab" gəldi. Cavab deyəndə ki, daha doğrusu İmişli rayon Prokurorluğuna yönləndirilmiş işin bir surəti də redaksiyamıza göndərildi.

Belə olan halda isə işin nəticəsi indidən aydın görünür, çünki yerli prokurorluqların nə qədər "geniş ürəy"ə sahib olduğunu hamımız bilirik və bir neçə illik media təcrübəmizdə bu kimi halların dəfələrlə şahidi olmuşuq.

Əlqərəz...

Yeri gəlmişkən, bildiririk ki, yuxarıda qeyd etdiyimiz xəbər linkini facebook sosial şəbəkəsində də paylaşmışdıq. İmişli Rayon İcra Hakimiyyəti dərhal həmin paylaşımında şərh bölməsində məlumatları təkzib etmək niyyətilə belə məzmunlu qısa mətn qeyd edib.

"Bildiririk ki, İmişli şəhər sakini Əkbərova Əsmər Allahyar qızının İmişli bələdiyyəsinin sədri Mehman İsmayılov tərəfindən onun aylıq əmək haqqını mənimsəməsi və Rayon İcra Hakimiyyəti başçısının bu məsələdən xəbərdar olması ilə bağlı etdiyi müraciət tam əsassızdır. Belə ki, Ə.Əkbərova qeyd etdiyi məsələ ilə bağlı RİH-də qəbulda olmamışdır. Vətəndaş 06.12.2022-ci il tarixində müraciəti əsasında İmişli bələdiyyəsində müvafiq işlə təmin edilmiş, lakin daimi olaraq işə gəlməyərək əmək intizamını pozduğu üçün 03.07.2023-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq, Ə.Əkbərovanın iş qrafikinə uyğun iş yerində olacağını söz verməsi, həmçinin onun mövcud yaşayış durumu nəzərə alınaraq 18.09.2023-cü il tarixdən İmişli bələdiyyəsində əvvəlki işinə bərpa edilmişdir."

İndisə gəlin İcra Hakimiyyəti tərəfindən verilən "açıqlama"nı bir də biz açıqlayaq, təbii ki, onların olmadığını iddia etdikləri əsaslarla.

Əvvəlcə aşağıda sizə təqdim etdiyimiz videonu sonuna qədər diqqətlə izləyin!



Bəli, gördüyünüz kimi Bələdiyyə sədri Mehman İsmayılov özü də, "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərov mövqe öyrənmək üçün onunla telefonla danışarkən məsələdən nəinki İcra başçısı Elçin Rzayevin xəbərinin olduğunu, hətta birbaşa başçının tapşırığı olduğunu iddia edir. Hələ üstəlik başçıya "haqq qazandırmaq" üçün deyir ki, "cənab başçı demədi ki, onu həmişəlik işə götür, dedi 3-4 aylıq götür, qoy o, sosialını alsın, sonra kəsməyəcəklər."

Təsəvvür edirsiniz?
Bir dövlət qurumunda rəhbər vəzifədə çalışan şəxs (Elçin Rzayev) digər dövlət qurumunu (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini) aldadır. Amma, heç bir halda "özünümüdafiə tədbirləri"ni də əldən vermir. Sözügedən qanunsuz işlərin bütün məsuliyyətini İmişli şəhər bələdiyyəsinin üzərində cəmləyir.
Ən azından planı belə olub. Hər halda Mehman İsmayılovun və Əsmər Əkbərovanın telefon danışıqları belə deməyə əsas verir.

Söz yox ki, 19 ildir bələdiyyə sədri işlədiyini, amma bu vəzifədən heç bir qazancı olmadığını iddia edərək, "ağlaşma açan" Mehman İsmayılov da aciz adam deyil.

Əvvəla ona görə ki, bunu uşaq da bilir ki, qazanc olmayan bir işdə kimsə 19 il çalışmaz, ikincisi ona görə ki, rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə Mehman İsmayılov İcra Hakimiyyəti ilə əlbir olaraq, şəhərdə bir çox əraziləri hərracsız, yaxud saxta hərrac yolları ilə satıb.

Siz onun telefon danışığında ümumiyyətlə torpaq satmadığını, daha doğrusu satılan torpaqların üstündə onu kimsənin görmədiyini iddia etdiyinə baxmayın, bizdə o torpaqların da bir neçəsinin siyahısı var.

Ən gülməlisi də odur ki, güya özündən arxayın adamlar kimi israrla iddia edir ki, "tanıdığınız adamlardan soruşun, görün Mehman nətər oğlandır", gah rayon sakinini qanunsuz işə götürən və ona çatacaq pulu xərclədiyinə görə elə qanunsuz da işdən çıxaran oğlan - Mehman İsmayılov bizə insanlıqdan nümunə gətirib nəyəsə görə möhlət istəyir, gah da görüşə dəvət edir...

Hə yeri gəlmişkən, onu da qeyd edək ki, bu özünə güvənən oğlan bugünə qədər üzərimizə az minnətçilər də göndərmədi, lakin görünür, bütün cəhdlərinin uğursuz olduğunu anladıqdan sonra çarəni Əsmər Əkbərova barəsində verdiyi əmri ləğv edib, onu işə bərpa etməkdə görüb. Daha doğrusu, məlumatı İcra Hakimiyyəti verdiyinə görə belə təsəvvür yaranır ki, deyəsən o, yenə də "cənab başçının məsləhəti ilə" bu addımı atıb.

Başçı demişkən, Elçin Rzayevin bələdiyyə sədrinə verdiyi tapşırıqlar da onun İmişli rayonuna rəhbər təyin olunduğu vaxtdan bugünə qədərki fəaliyyəti kimidir.

Mehman İsmayılovun sözlərinə inansaq, Əsmər Əkbərovaya qarşı güya "humanistlik edən" Elçin Rzayev məzarları ilə "fotosessiya" etdirdiyi şəhid ailələrinə qarşı sanki aqressivdir.

Bunu bizə şəhid ailələrinin özləri deyir.

Redaksiyamıza binanın sakinləri tərəfindən verilən məlumata görə İmişli rayonunun Xanhüseyn Bəylərov küçəsində yerləşən və şəhid ailələrinin yaşadığı yaşayış binasının zirzəmisi rütubətli və iyrənc vəziyyətdədir. Üstəlik, yağan yağış da birbaşa evlərin içərisinə dolur. Bununla bağlı şəhid xanımı Elçin Rzayevin qəbulunda olub, mövcud durumla bağlı kömək istəyib, Elçin Rzayev isə cavabında, "Mənim üstümə niyə gəlmisən, get yuxarı şikayət elə, onsuz da sən öyrənmisən şikayət etməyə" dəyərək, onu öz "vəzir-vəkillərinin" yanında pərt edib.

Sual yaranır, bələdiyyə sədri demişkən, Cənab başçı, bu adamlar şikayət etməyə necə olub öyrənib?

Əgər sənin fəaliyyətində hər şey qaydasındadırsa, şikayət etmək üçün mövzunu hardan tapırlar?

Bircə demə ki, şəhid ailələrinin, ümumiyyətlə rayonun sakinlərinin səni "gözləri götürmür"...

Əslində, heç sakinlər heç bir söz deməsə belə, şəhərin əsas yolları, küçələri özü adama hər şeyi danışır...

Həzi Aslanov küçəsi:
"Əlinin papağını Vəlinin başına, Vəlinin papağını..." - İcra başçısı ilə bələdiyyə sədri nə işlər çevirir? // VİDEO + FOTO

"Əlinin papağını Vəlinin başına, Vəlinin papağını..." - İcra başçısı ilə bələdiyyə sədri nə işlər çevirir? // VİDEO + FOTO

"Əlinin papağını Vəlinin başına, Vəlinin papağını..." - İcra başçısı ilə bələdiyyə sədri nə işlər çevirir? // VİDEO + FOTO

"Əlinin papağını Vəlinin başına, Vəlinin papağını..." - İcra başçısı ilə bələdiyyə sədri nə işlər çevirir? // VİDEO + FOTO

"Əlinin papağını Vəlinin başına, Vəlinin papağını..." - İcra başçısı ilə bələdiyyə sədri nə işlər çevirir? // VİDEO + FOTO

"Əlinin papağını Vəlinin başına, Vəlinin papağını..." - İcra başçısı ilə bələdiyyə sədri nə işlər çevirir? // VİDEO + FOTO


Qeyd edək ki, mövzu burda bitmədi, gözləyək görək İmişli Rayon Prokurorluğu məsələyə necə yanaşacaq. Odur ki, dəyərli oxucularımız, bizi izləməkdə davam edin, sizə danışası hələ çox məlumatlarımız var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 1 618

Son xəbərlər

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

İran Prezidenti COP29-a dəvət edildi

Hərbi xidmətdən yayınmaya görə 56 cinayət işi açılıb

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı - VİDEO

Prezident bu məhkəmələrə sədr və sədr müavinləri təyin etdi

Su Ehtiyatları Agentliyinin səlahiyyətləri artırıldı

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTO

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Navalnının qızı Kamala Harrisin qərargahında çalışır

Sabah yenə yağış yağacaq

Bu dərman miqrendən qoruya bilər

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

Azərbaycanda bu işçilərin maaşları artdı

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi

İran prezidenti Makronla müzakirə apardı

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

Azad edilmiş ərazilərdəki torpaqlar icarəyə veriləcək

Mədə qıcqırmasını aradan qaldırmağın təbii yolları

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

Geomaqnit qasırğası olacaq

Qızıl və gümüş ucuzlaşdı

Cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Bütün xəbərlər