gundem / siyaset / dunya
20.09.2023, 10:00
Ərdoğan ilk dəfə Netanyahu ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.
"DogruXeber.az" xəbər verir ki, görüş BMT sessiyasının keçirildiyi Nyu-York şəhərində yerləşən "Türk Evi"ndə baş tutub. Görüşdə beynəlxalq və regional məsələlər, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.