Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

DogruXeber.az: - "SOCAR Nərimanov adına NQÇİ-nin rəisi Qoçəli Mahmudov şirkət tərəfindən verilən "təqaüdçüləri" işdən et, tələbini yerinə yetirərkən, "təqaüd proqramının "iştirakçısı tələbələrdən işdənçıxma ərizəsi alıb".

Bu iddianı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı səsləndirib.

M.Qəhrəmanlı Nərimanov Neft-Qaz Çıxarma İdarəsinin rəisinin yol verdiyi qanun pozuntusuna işarə edərək daha sonra əlavə edib: "Ölkə prezidenti tərəfindən vəzifəyə təyin olunmuş SOCAR rəhbərliyi tərəfindən təqaüd yaşına çatmış işçilərin müxtəlif üsul, təzyiqlərlə məcburi işdən azad olunması prosesi davam edir".

"DogruXeber.az" DİA.AZ-a istinadən bildirir ki, NHMT sədri daha sonra haqqı tapdanan işçilərə xitab edib: "Hörmətli işçilər. Təqaüdçü olduğunuz üçün heç kim sizi işdən azad edə bilməz. Əmək Müqaviləsinə əlavə olunmuş bəndə qol çəkməyin, işdənçıxma ərizəsi yazmayın. Bunu parlamentin qəbul etdiyi və ölkə prezidenti tərəfindən təsdiq olunmuş Əmək Məcəlləsinin müvafiq maddəsi deyir.

ARƏM Maddə 70 e-bəndi (????dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər)
SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində , işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz. Təbii ki,bu siyasət xüsusi "immunitet"ə malik olan şəxslərə aid olunmur..."

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Oxunub: 681

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər