Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

DogruXeber.az: - Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhərinin əhalisi 20 min nəfərə çatır. Yayda bu şəhərdə əlavə turistlər də olur.

"Mərkəzdə bir ayaqyolu var"
Astara şəhər sakini, ictimai fəal Asən Həşimli deyir ki, əhalinin artmasına baxmayaraq, illərlə həllini gözləyən problemləri çoxdur. Onun deməsinə görə, şəhərdə sovetdənqalma kanalizasiya sistemi dağılıb: "Yenisini tikmək barədə söhbətlər getsə də, hələlik, ortada ciddi iş görülmür. Şəhərin heç yerində içməli su yerləri yoxdur. Mərkəzdə bir ayaqyolu var, o da pis vəziyyətdədir. Çox vaxtı şəhərdə yığılıb qalan zibilləri vaxtında daşımırlar".

Şəhərdə zibillərin atıldığı ərazinin hasarı yoxdur. İnəklər zibillikdə eşələnirdilər. Adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, külək onların yaşadığı evlərə tərəf əsəndə üfunət iyindən və tüstüdən həyətdə qalmaq olmur: "Tüstü bizi boğur, üfunət iyindən bezmişik. Zibilxananı yaşayış yerindən uzaqda yerləşdirmək lazımdır. Heç olmasa, buranı hasara alsınlar. Elə vaxtlar olur, qarğalar orada dolaşır. Gecələr çaqqallar zibilxanaya daraşırlar. Xəstəlikdir".

"İnəklər kanala yaxın durmurlar"
Söhbətə başqa bir yerli sakin də qoşulur: "Külək zibili göyə qaldırır, ətrafa səpir. Orada nə istəsən var. Siçan basıb oranı. Əhaliyə ziyandır".

Astaranın Əhəd Muxtar küçəsində sakinlər zibili ərazidən keçən kanala atırlar. Sakinlərdən biri Mikayıl Əhmədov zibillərə görə kanal suyunun çirkləndiyini söyləyir: "Yaxınlıqda otlayan inəklər adətən kanal suyu içirdilər. İndi kanala yaxın durmurlar, su həddindən artıq çirklənib. Burada yaşayanlara dəfələrlə demişəm ki, zibili kanala atmayın. Deyirlər ki, kanala atmayaq bəs nə edək? Bura şəhərin küçələrindən biridir. Kənd yolu burdan yaxşıdır".

Astara Gömrük Məntəqəsinin qarşısında vəziyyət bir qədər fərqlidir. Amma orada da şikayət eşidilir: "Balaca maşınlar var, evləri gəzib zibil yığırlar, buna görə pul alırlar. Gətirib həmin zibilləri bura tökürlər. Bunun hesabına xəstəxanaya gedən yolun üstündə həmişə qalaqlanmış zibil olur".

"Hasar nəzərdə tutulub"
Rayon Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyindən isə deyirlər ki, şəhərdə zibillər vaxtında daşınır: "Qaldı mərkəzi zibilxanaya, ora üçün hasar nəzərdə tutulub. Utilizasiya ilə bağlı heç nə deyə bilmərik. İcra hakimiyyəti aparatına müraciət edin".

Astara şəhər icra nümayəndəliyindən isə bildirirlər ki, onlara əhalidən bu məsələlərlə bağlı şikayət daxil olmayıb.//AzadlıqRadiosu


Oxunub: 201

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər