Sənədsiz evlərİ və bağları olan Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR – Bu tarixdən …

Artıq uzun zamandır ki, ölkəmizdə 100 minlərlə sənədsiz evin eydiyyat (“kupça”) məsələsi həlini tapmır.

DogruXeber.az: - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, qanunsuz inşa olunan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi “daşa” dirənib. Onun sözlərinə görə, belə evlərin sayı 500 mindən artıqdır. Deputat bildirib ki, neçə illərdir bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarları verilib, amma problem “ölü nöqtə”dən tərpənmir.

Vədandaşlar İqtisadiyyat Nazirliyinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə sənədsiz evlərlə bağlı müraciət etsələr də, vətəndaşlar evlərinin sənədləşdirilməsində arzuladıqları nəticəni əldə edə bilmirlər. Ümid məhkəməyə qalır, məhkəmədə isə proses uzun çəkir. Həttə elə olur ki, iş Apellyasiya Məhkəməsinə qədər uzanır.

Bəzi vətəndaşlar iddia edir ki, 2, 3 hətta 5 il ərzində evinə sənəd ala bilmir. Vətəndaşların iddiasına görə, bəzi evlərin sənədi keçmiş sovet dönəminə aid olduğundan adı çəkilən qurumdan hətta sənətin qəbulunda belə problem yaranır. Prosesə uyğun olaraq, əraziyə təxminən yarım ay ərzində mühəndis göndərilir. Əraziyə baxış keçirilir, cavabda isə bildirirlər ki, evin yaşına uyğun olaraq 30 il ərzində və ya daha əvvəl tikildiyindən, evlərdə konstruktiv deyişiklik baş verib.

Bəzən isə sənədlər qəbul edilsə belə, 1 ay sonra imtina məktubu göndərilir. Bu tipli və ya başqa bəhanələrlə vətəndaşlarlara imtina cavabı verilir. Ona görə də vətəndaşlar məhkəməyə müraciət edir, məhkəmədə isə həm vaxt itkisi həm də hüquqşunas dəstəyinə çəkilən xərclər vətəndaşların işinin uzanmasına səbəb olur.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, təkcə Bakı şəhərində çıxarış ala bilməyən minlərlə ev var:

“Evlərin bir hissəsi sovet dönəmindən qalıb. Ərazi olaraq Bakının ətrafındakı əraziləri göstərmək olar. Məsələn, Yasamal, “Kubinka”, “Sovetski” və s. əraziləri göstərə bilərəm. Bu ərazilərin çoxunda çıxarış yoxdur. Digər ərazilər isə 1990-cı illərdə tikilmiş yaşayış massivləridir. O yaşayış massivlərinə də çıxarışın verilməməsinə səbəb olaraq torpaqların təyinatı yaşayış üçün deyil, əkin üçün olması məsələsini ortaya qoyurlar”.

Ekspert qeyd edib ki, evlərin sənədsiz olması nəticəsində təkcə vətəndaşlar deyil, həm də dövlət büdcəsi itkiyə məruz qalır:

“Evlərin çıxarışı olsaydı, məcburən vətəndaş bələdiyyə, torpaq vergisi ödəməlidir. Vətəndaşlar bu əmlaklarını ipoteka yolu ilə sata, bundan da banklar yararlana bilərdilər. Bu cür hadisələrdə müəyyən boşluqlar var. Bununla bağlı ölkə başcısı müəyyən fərmanlar imzalasa da, hazırda icra mexanizmi çalışa bilmir. Heç bir hərəkətlilik yoxdur”.

Həmsöhbətimiz söyləyib ki, bunun üçün həmin ev və torpaq sahəsinin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir:

“Eyni problem yaşayış evlərilə yanaşı, həm də ticarət obyeklərində də var. Hazırda kənd təsərrüfatlı təyinatlı torpaqlarda inşa edilmiş evlərədə də “kupça” almaq mümkün deyil. Çünki həmin torpağın təyinatı onun üzərində yaşayış məqsədilə fərdi ev tikməyə imkan vermir”.

Ekspert əlavə edib ki, bunun üçün icra mexanizmi qurulmalı, normativlərə uyğun inşa edilmiş qeyri-yaşayış və fərdi evlərə çıxarış verilməlidir:

“Bakıda və Bakıətrafında inşa edilmiş obyektlər illərdir ki, fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata da düşüb. Onlar qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Amma hələ də obyektlərinə çıxarış ala bilməyiblər. Bu problem aradan qaldırılmalıdır”.

Qeyd edək ki, sənədsiz evlərlə bağlı bir sıra yenilik gözlənilir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.

“İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların “bir pəncərə” prinsipi ilə tam elektron şəkildə qeydiyyata alınması üçün lazımi sistemin yaradılmasını , prosesin elektron portal vasitəsilə reallaşdırılmasını nəzərdə tuturuq”, – deyə E.Məmmədov qeyd edib.

O bildirib ki, ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb. Elşad Məmmədov vurğulayıb ki, sənədiz evlərin inventarlaşdırması ilə yanaşı, planlama işləri də həyata keçirilir. Qurum səlahiyyətlisi deyib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflər hazırlanacaq. Onun sözlərinə görə, sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesinn yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulur.//Cebhe.İnfo


Oxunub: 553

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər