gundem / dunya
21.10.2023, 13:45
Fələstin-İsrail müharibəsində 22 jurnalist həlak olub
20-dən çox jurnalist Fələstin-İsrail münaqişəsinin qurbanı olub.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiəsi Komitəsi məlumat yayıb.
"Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4000-dən çox ölənlərin siyahısına azı 22 jurnalistin adı əlavə edilib", - məlumatda deyilir.
Qeyd olunub ki, öldürülən 22 jurnalistdən 18-i fələstinli, üçü israilli, biri isə livanlıdır.
Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya saxlanılıb.