Nazirliyə 400 minlik mal satdı, vergi borcunu ödəmədi - Həbs edildi

Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) yaradan şəxs həbs edilib.

"DogruXeber.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1985-ci ildə Bakı şəhərində anadan olmuş Emil adlı sahibkar direktoru olduğu "Terminal-Ko" MMC vasitəsi ilə 2020-ci ildə Ədliyyə Nazirliyinə təxminən 400.000 manat dəyərində təsərrüfat, inşaat malları və qida məhsulları satıb. Emil həmin məhsulları əsasən hazırda xatırlamadığı Bakıda malların topdan satışı ilə məşğul olan şəxslərdən alaraq, Ədliyyə Nazirliyinə satışını həyata keçirib.

MMC rəhbəri həmin ildə "Terminal-Ko" MMC-nin hesabına gələn pullara görə yaranan vergiləri ödəmək əvəzinə, onları başqa işlərinə yönəldib, vergiləri sonra ödəyəcəyinə ümid edib. Lakin sonra problemləri çıxdığına görə vergiləri ödəyə bilməyib və müvafiq orqana boş bəyannamə verərək və ya ümumiyyətlə hesabat verməyərək, 2020-ci ilin fevral ayı üzrə 73639,79 manat məbləğində əlavə dəyər və həmin il üzrə 50766,08 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 124405,87 manat vergi borcu olub.

Bundan sonra Emil müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bu səbəbdən barəsində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Emil sözügedən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il ərzində dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.


Oxunub: 229

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər