Müraciət yayan qaziyə bu yardımlar edilib - Açıqlama

Vətən müharibəsi qazisi, Xətai rayonunda yaşayan Həsən Mehdiyev sosial şəbəkələrdə maddi yardımla bağlı müraciət edib.

"DogruXeber.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, H.Mehdiyev müalicəyə və xaricdə əməliyyata ehtiyacının olduğunu, 1 həftə ərzində əməliyyat edilməsə, bunun daha ağır nəticələrə səbəb olacağını deyib. O, aidiyyəti qurumlar tərəfindən diqqətdən kənar qaldığını, ona yardım edilmədiyini iddia edib. Kart nömrəsini paylaşan qazi əhalidən yardım istəyib.

Mövzu ilə bağlı paylaşım edən tanınmış hərbi ekspert Ədalət Verdiyev videomüraciət yayan qazinin daim diqqətdə saxlanıldığını deyib: “Həsənin döyüşlərdə aşağı ətraflarını itirməsi və növbəti əməliyyat üçün kart nömrəsi paylaşaraq vəsait toplaması, “Qoy desinlər ki, qazi dilənir” cümləsini işlətməsi, bir çoxları kimi məni də dərindən narahat etdi. Həsənin protezsiz videosu bir çox suallar yaradırdı. Əslində Azərbaycan dövlət qurumlarının döyüşlərdə sağlamlığını itirən bir döyüşçüyə bu qədər diqqətsiz yanaşa biləcəyinə əvvəlcədən inanmıram. Mehdiyev Həsən haqqında bəzi araşdırmalar apardım. Həsən 2020-ci il Vətən müharibəsində yaralandığı və orqanizminin fəaliyyəti 81-100 % itirdiyi üçün ona 28 aprel 2021-ci il tarixdən 1-ci qrup əlillik təyin edilib. Buna görə Həsənə hər ay 1245,66 manat sosial vəsait ödənilir. Bunun 745,66 manatı pensiya, 500 manatı isə Prezident təqaüdüdür. 2021-ci ilin ortalarında Həsən ilkin protezləşmə ilə təmin olunub. 2023-cü ilin yanvarında isə Həsənin hər iki aşağı ətrafının protezləri “revofit soket” sistemli yenisi ilə əvəz edilib. Bu müasir ptotezlər ən son nəslə aiddir, istifadəçiyə fərdi tənzimlənmə imkanları verir. Eyni bu protezlərlə biz əlillərimizin yerli və beynəlxalq futbol yarışlarında dəfələrlə böyük hesabla qələbə qazandıqlarının şahidi olmuşuq.
Ətraflı

Həsən 2022-ci ilin mart ayında mühərrikli araba ilə təmin olunub. Bundan əlavə olaraq Həsənin ailə üzvlərinin işlə təminatı istiqamətində addımlar atılıb. Həsənin özü 2021-ci ilə qoyunçuluq, atası Rəcəb Mehdiyev isə 2020-ci ildə maldarlıq təsərrüfat zərfi üzrə aktivlərlə təmin olunub. R.Mehdiyev 2022-ci ilin yanvar ayından “DOST İş” MMC-də işlə də təmin olunub.

Həsən 2021-ci ilin sentyabrında minik avtomobillə, 2022-ci ilin dekabrında isə Bakı şəhərinin Ramana qəsəbəsində evlə təmin edilib. Həsən 8800 manat birdəfəlik sığorta ödənişini də alıb. YAŞAT fondu tərəfindən 28609,27 manat yardım edilib.

Həsən bizim hər birimizin kömək etməli olduğumuz, Azərbaycanımız üçün sağlamlığını itirən bir döyüşçüdür. Amma Həsən nədənsə ona göstərilən dövlət qayğısı barədə bir kəlmə işlətmir. Onun çıxışından belə təəssürat yaranır ki, Azərbaycanda kimsə Həsən və onun müalicəsi ilə maraqlanmır, ona və ailəsinə heç bir yardım və kömək edilmir, maşın və ev də verilməyib. Mənə buna bənzər mövzularda çox müraciətlər olunub. Hamısına kömək etməyə və problemi qanunlarımız çərçivəsində daim döyüşçünün maraqlarında həll etməyə çalışmışam. Həsən də kaş müraciət edəydi, ona da bu məsələnin həllində məsləhətlərimi verə bilərdim, müalicəsi üçün addımlar ata bilərdik”.

Müraciət yayan qaziyə bu yardımlar edilib - Açıqlama

Müraciət yayan qaziyə bu yardımlar edilib - Açıqlama


Oxunub: 205

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər