Vaxtından əvvəl doğulmuşlarda nə ilə bağlı fəsadlar var?

Vaxtından əvvəl doğulmuş körpələr hamiləliyin 37-ci tam həftəsindən az müddətdə, yəni hamiləliyin 260-cı günündən əvvəl doğulmuş uşaqlardır. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu, orta hesabla hər 10-cu doğulan uşaq deməkdir. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların 8-12 %-ni təşkil edir.

"DogruXeber.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2015-ci il yanvar ayının 1-dən hestasiya yaşı 22 həftədən, çəkisi 500 qramdan yuxarı doğulan körpələr də bu qrupa aid edilir:

"Ölkəmizdə vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Müvafiq dövlət proqramlarında, yeni perinatal konsepsiyada vaxtından əvvəl doğulmuşlara xüsusi yer ayrılır. Neonatologiya sahəsində ciddi irəliləyişlər qeyd olunur, müəssisələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün kifayət qədər yardım göstərilir, kadr potensialı artırılır.

Bundan əvvəlki illərdə, təqribən 15-20 il öncə vaxtından əvvəl doğulmuşlara xas olan, müalicəsində ciddi çətinliklər qeyd olunduğu xəstəliklərin müasir dövrümüzdə həlli yolları mümkün olub. Məsələn, müxtəlif müəssisələrimizdə bu qrup uşaqlarda cərrahi əmliyyatların aparılması (nekrozlaşan enterokolit, qida borusunun atreziyası və s. ilə bağlı), tənəffüs sistemi ilə bağlı xəstəliklər üçün əvəzedici terapiyaya aid surfaktant preparatının istifadə olunması, həmçinin mərkəzi sinir sisteminin inkişafı üçün istifadə olunan, tənəffüsə dəstək olan kofein sitratın tətbiq olunması buna nümunədir.

Vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır. Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər displaziyasının inkişafına səbəb olur. Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar".


Oxunub: 166

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər