Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq

Epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq.

Bu barədə "DogruXeber.az"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib.

Ötən illər ərzində (2014 və 2018-ci illərdə) ölkə ərazisində qızılca infeksiyasının 2 kiçikmiqyaslı alovlanmasının qeydə alınmasına baxmayaraq, həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qısa müddət ərzində bu alovlanmalar dayandırılıb.

Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir.

Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlərini almayan uşaqlardır. Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalar) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib. Eyni zamanda, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb.

Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır.

Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq.

Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca xəstəliyi aşkar edilməsi məsələsinə gəldikdə isə, noyabr ayı ərzində Azərbaycan Texniki Universitetindən 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib.


Oxunub: 214

Son xəbərlər

Mərkəzi oyunlar eyni vaxtda baş tutacaq

Əhalinin NƏZƏRİNƏ: Bu şəxslərə 210 manat veriləcək

Abxaziya olayları: Gürcüstan ərazi bütövlüyünü bərpa edir?

Toy üçün qızıl almaq istəyənlərin nəzərinə! - Uzuclaşdı

Payız-qış aylarında papaqsız gəzənlər hansı xəstəliyə tutula bilərlər? - Həkimdən xəbərdarlıq

Rusiya milyarderləri narahatdır - Müharibə dayansa da, sanksiyalar aradan qaldırılmayacaq

"İsraillə bütün əlaqələrimiz kəsilib" - Ərdoğan

Əli Kərimlinin mühafizəçisi aclıq aksiyasını dayandırdı

“AzərEnerji” ilə Səudiyyə Elektrik Şirkəti arasında memarandum imzalanıb

Sabahdan bu marşrutların fəaliyyəti bərpa ediləcək

İlham Əliyev Toqo Prezidenti ilə görüşdü

Prezident Fransanın törətdiyi cinayətlərdən danışdı

Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırdı

Azərbaycan və Ermənistan sülh sazişinin mətnini gələn ay müzakirə edəcək

Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?

Dövlətin BAŞ QANUNUNU dövlət (məmurları) AYAQLAYIR: “Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi

Sabahın hava proqnozu

Azərbaycan Prezidenti dünya ölkələrinə çağırış etdi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

İlham Əliyev Bakıdan dünyaya mesajlar verdi

Komitə sədri Bakının Baş planından danışdı

Albaniya ilə Anlaşma Memorandumu imzalandı

Prezidentlərin görüşü zamanı Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsi ilə açılışı olub

Bakıda tramvay bərpa olunacaq? - AÇIQLAMA

Bərdənin yollarının təmiri bu şirkətə HƏVALƏ EDİLDİ

Trampın seçilməsindən sonra ABŞ-Azərbaycan əlaqələri necə olacaq? - XİN-dən açıqlama

Azərbaycan U-19 millisi seçmə mərhələdə mübarizəyə başlayır

Neft bahalaşdı

Yuxu ürəyə necə təsir edir? - Kardioloqlar ən pis gecə vərdişini açıqladı

Blinken və Hakan Fidan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər

Bütün xəbərlər