Rusiya Haaqa Tribunalından yayınmaq üçün Əlcəzairlə saziş imzalamaq istəyir

Rusiyanın baş prokuroru İqor Krasnov Əlcəzairin ədliyyə naziri Abderraşid Tabiyə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tələbi ilə vətəndaşların ekstradisiya edilməməsinə dair saziş bağlamağı təklif edib. O əlavə edib ki, sənədi imzalamazdan əvvəl ölkələr müvafiq qarşılıqlı təminatların verilməsini nəzərdən keçirə bilərlər.

"DogruXeber.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.

Krasnov öz təşəbbüsünü onunla izah edib ki, BCM artıq müstəqil qurum deyil. "Bu gün bu təşkilat müəyyən qruplar tərəfindən şəxsi maraqlara xidmət etmək və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını pozmaqla istifadə olunur”, deyə o, izah edib.

Krasnovun sözlərinə görə, Əlcəzair belə bir anlaşmaya razılaşarsa, bu, ölkələr arasında tərəfdaşlığı gücləndirəcək və "onların gələcək hərtərəfli inkişafına töhfə verəcək”. İlk addım kimi tərəflər əməkdaşlıq protokolu imzalayıblar və bu protokol çərçivəsində Əlcəzairin Ədliyyə Nazirliyinin əməkdaşlarına Rusiya Prokurorluğunun Universitetində təlim tədbirlərində pulsuz iştirak etmək icazəsi verilib.

Xatırladaq ki, martın 17-də BCM Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar ukraynalı uşaqları qeyri-qanuni deportasiya etməkdə şübhəli bilinirlər və bu, müharibə cinayəti kimi təsnif edilir. Həbs orderi ömürlük verilir və yalnız Rusiya prezidenti məhkəmə qarşısına çıxarıldığı halda ləğv edilə bilər.
Ətraflı

Kreml BCM-nin qərarını "əhəmiyyətsiz” və Putinin həbsi ilə bağlı "məsələnin belə qoyulmasını qəbuledilməz” adlandırıb. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva məhkəmənin yurisdiksiyasını tanımır. Buna baxmayaraq, aprelin 28-də Putin Rusiyanın qeyri-qanuni hesab etdiyi beynəlxalq qurumların "qərarlarının icrasına köməklik göstərməyə görə” cinayət məsuliyyəti haqqında qanunu imzalayıb.

Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyət göstərdiyi əsas sənəd Roma Statutudur. Bu günə qədər 124 dövlət tərəfindən ratifikasiya olunub. Onların hamısı BCM-nin orderi əsasında həbs edilməli olan şəxsləri saxlayıb Haaqaya göndərməyə borcludurlar. Statutu ratifikasiya edən sonuncu ölkə Ermənistan olub.

Həbs qərarı Putinin avqustda Cənubi Afrikada keçirilən BRICS sammitinə getməsinə mane olub. Bu səfər onun Ukraynada müharibə başlayandan bəri ilk böyük xarici səfəri olmalı idi, lakin o, risk etməmək qərarına gəlib və xarici işlər naziri Sergey Lavrovu ora göndərib.

Bundan sonra Putin Roma Statutunu ratifikasiya etməməsinə baxmayaraq, Hindistanda keçiriləcək G20 sammitinə getməkdən çəkinib və sonra prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə səfərini ləğv edib.


Oxunub: 156

Son xəbərlər

Gəncə Dövlət Universitetində rüşvət "ŞİRİNLİK" kimi alınır... - VİDEO

Polşanın XİN başçısı ilə Zelenski arasında nə baş verib?

Bu birdəfəlik müavinətin məbləği artırılır

Zakir Qaralovun qalmaqallı əmisi qızına yeni vəzifə verildi

İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...

Bakı metrosunda faciə - Sərnişin qatarın altında qaldı

“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu

Bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

Bu ölkə hər həftə 10 min insanı deportasiya edəcək - SƏBƏB

Dövlət başçısı Cəbrayılda fabrikin təməlini qoydu

Leysan olacaq, dolu düşəcək - SABAHIN HAVASI

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC

Həmkarlar İttifaqı Aşıq Ələsgərin evini restorana çevirib

SOCAR minlərlə insanı işsiz qoyub – RAYONLARDA YDM-LƏR BAĞLANIR...

Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu

Gürcüstan prezidentinin imtina etdiyi qanunu o imzaladı

Putin Qətərə səfər edə bilər

İlham Əliyev və xanımı Cəbrayıla getdi

Dünyanın ən vətənpərvər ölkələri - Azərbaycan neçənci yerdədir?

İran bu ölkələri düşmən hesab edəcək

Milli Qəhrəman Əliyar Əliyevin anım günüdür

Qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Bu şəxslərin vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbula dair yeni prosedur müəyyənləşdi

İlham Əliyev Almaniya Prezidentinə məktub göndərdi

Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin edilir

Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlandı

Bu, alkoqoldan psixi asılılıq yaradır

"İranın nüvə obyektləri və rəhbərliyi vurulmalıdır" - Naftali Bennet

Bütün xəbərlər