Buğda istehsalçılarına aldığı kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək

Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

DogruXeber.az” xəbər verir ki, fərmana əsasən, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” dövlət başçısının 19 iyul 2022-ci il tarixli fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən və aşağıdakı tələblərə cavab verən kreditlərə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət zəmanəti və dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası veriləcək.


Şərtlərə görə, hər bir layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalı, müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 %-i qədər ilkin ödəniş edilməli, kreditin illik faiz dərəcəsi 15%-dən, müddəti 5 ildən çox olmamalı, kredit üzrə güzəşt müddəti müasir suvarma sistemlərinin alınması, quraşdırılması, ərzaqlıq buğda əkini, yığımı və satışı üçün bazarda tələb olunan müddətlərə uyğun olmalı, lakin 1 ildən çox olmamalıdır.

Dövlət zəmanəti ümumi kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti verilir:

- illik faiz dərəcəsi 14,01 faizdən 15 faizədək olduqda – 30 faiz;

- illik faiz dərəcəsi 13,01 faizdən 14 faizədək olduqda – 40 faiz;

- illik faiz dərəcəsi 12,01 faizdən 13 faizədək olduqda – 50 faiz;

- illik faiz dərəcəsi 12 faizədək olduqda – 60 faiz.

Sahibkarlar kreditləri illik 5%-lə ödəyəcək, qalıq faiz dərəcəsi isə büdcədən Agentliyə ayrılmış vəsait hesabına ödənilir.

Kreditin illik faiz dərəcəsinin subsidiyalaşdırılan hissəsini büdcəsindən bu məqsədlərlə ayrılmış vəsait hesabına Agentlik rübdə bir dəfədən az olmamaqla kredit təşkilatına ödəyir. Kreditin əsas məbləğinin ödəniş qrafiki mövsümilik amili əsasında sahibkarlıq subyektinin dövriyyəsi və ərzaqlıq buğda istehsalı nəticəsində satışdan daxilolmalar nəzərə alınmaqla müəyyən olunur.

Dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.


Oxunub: 273

Son xəbərlər

Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ... ŞOK FAKTLAR!!! BÜTÜN DETALLARI İLƏ - VİDEO

Polis Sumqayıtda əməliyyat keçirdi - Saxlanılanlar var

"Kərimə" dövləti qurmaq istəyən 13 nəfərə ağır cəza

Ukraynadakı çevrilişin təşkilatçısı məlum oldu

Süni intellektlə danışarkən bu sözləri DEMƏYİN – XƏBƏRDARLIQ

Vergi borcu 80 mini ötən şirkət kimindir?

SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır

“Bakılı Qız” dondurmasında görün nə çıxdı- Video

72 yaşlı icra başçısı olan Rafil Hüseynov…..

Prezident Şahin Mustafayevi təltif etdi

Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu

Ermənilərin “JF-17 Thunder” qorxusu

Bu şəxslərə şad xəbər – Dövlət yeni ev tikəcək!

“İrşad” gömrük qaydalarını pozur

Sənədsiz evlər Milli Məclisdə müzakirə olundu

Sabah 37° isti olacaq

Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

İlham Əliyev Filippin Prezidentini təbrik etdi

İran İsrailə cavab tədbirləri planı hazırlayıb

İlham Əliyev Putini təbrik etdi

Bu şəxslərə dodaq dolğusu olmaz

Nazirliyin tabeliyində olan qurum 78 min manata “Toyota Camry” alır

Əhalinin DİQQƏTİNƏ: 960 MANAT VERİLƏCƏK

Qonşu ölkə azyaşlılara enerji içkisi satışını yasaqladı – bəs Azərbaycan?

“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto

Ermənistan tezliklə Azərbaycana 180 km² ərazi verəcək

Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə

Günəşin cənub qütbü ilk dəfə görüntüləndi

Bütün xəbərlər