BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

DogruXeber.az: - Mətbuatda 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynovun Bakı şəhərində fərqli üç ünvanda, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat İmtahan İdarəsinin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərməsi barədə təəccüb doğuran informasiyalar dolaşır. Məsələ burasıdır ki, Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Sual olunur: Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?”

Təbiidir ki, 48 saylı notariat ofisinin rəhbərinin bunca geniş səlahiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, bu idarənin notariat sahəsinə nəzarət edən rəis müavini Mehman Soltanov verib. Diqqətəlayiq haldır ki, Səadət Hüseynovun ofisinin məhz BDYPİ-nin strukturlarının həndəvərində fəaliyyət göstərməsi əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi məsələlərinin cazibədar olması ilə əlaqədardır.

KİV həmçinin yazır ki, Səadət Hüseynov BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimovun yeznəsidir. Müşfiq Rəhimov isə uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Belə çıxır ki, eyni müştərilər yeznə və qayının xidmətindən istifadə ediblər.

Bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırması üçün Səadət Hüseynova zəng vursaq da, telefonun dəstəyini qaldırmadı. Salamlaşma və ilk suallarımızı mesaj formasında göndərəndən sonra cavab əvəzinə ondan hədələyici mesaj aldıq: “Xahiş edirəm artıq dərəcədə narahat eləməyin. Mən sizi tanımıram, qoy bizdə sizə nəzarət edən ağsaqqaları narahat etməyək»

Qərara gəldik ki, Səadət Hüseynovla söhbətimizin davamını örtülü mesaj statusundan ictimai müstəviyə keçirək. Əlbəttə, S.Hüseynov jurnalistlərlə söhbət etməyi nəinki özünə, heç 50 min manat qiyməti olan telefon nömrəsinə sığışdırmır. Malik olduğu başqa daşınar və daşınmaz əmlakları, nəhayətsiz kapitalı demirik, təkcə o telefon nömrəsini quru maaşla alması üçün orta statistik məmur yarım ömür xərcləməlidir.
Mövzuya qayıdacağıq.//Dəryaz.az


Oxunub: 170

Son xəbərlər

Bu birdəfəlik müavinətin məbləği artırılır

Zakir Qaralovun qalmaqallı əmisi qızına yeni vəzifə verildi

İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...

Bakı metrosunda faciə - Sərnişin qatarın altında qaldı

“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu

Bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

Bu ölkə hər həftə 10 min insanı deportasiya edəcək - SƏBƏB

Dövlət başçısı Cəbrayılda fabrikin təməlini qoydu

Leysan olacaq, dolu düşəcək - SABAHIN HAVASI

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC

Həmkarlar İttifaqı Aşıq Ələsgərin evini restorana çevirib

SOCAR minlərlə insanı işsiz qoyub – RAYONLARDA YDM-LƏR BAĞLANIR...

Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu

Gürcüstan prezidentinin imtina etdiyi qanunu o imzaladı

Putin Qətərə səfər edə bilər

İlham Əliyev və xanımı Cəbrayıla getdi

Dünyanın ən vətənpərvər ölkələri - Azərbaycan neçənci yerdədir?

İran bu ölkələri düşmən hesab edəcək

Milli Qəhrəman Əliyar Əliyevin anım günüdür

Qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Bu şəxslərin vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbula dair yeni prosedur müəyyənləşdi

İlham Əliyev Almaniya Prezidentinə məktub göndərdi

Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin edilir

Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlandı

Bu, alkoqoldan psixi asılılıq yaradır

"İranın nüvə obyektləri və rəhbərliyi vurulmalıdır" - Naftali Bennet

Respublikada təbii qaz itkiləri 3 dəfədən çox artdı!

Paşinyan Fransaya getdi

Bütün xəbərlər