gundem / Cəmiyyət
1.12.2023, 13:45
Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bildirib ki, ezamiyyətdə olan sənədlərinə baxmayaraq, sərhədçilər onun Varşava və Vaşinqtona getməsinə icazə verməyiblər
"DogruXeber.az" xəbər verir ki, siyasətçi bu barədə özünün "Telegram" kanalında məlumat verib.
"Mənim Ali Radanın sədrinin imzası ilə ezamiyyətim var idi, lakin sərhədçilər məni buraxmadılar", - Poroşenko yazıb.
Hazırda Poroşenko parlament üzvü və Avropa Həmrəyliyi Partiyasının lideridir. Ukraynada ümumi səfərbərlik elan edildikdən və hərbi yaşda olan kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulandan sonra deputatlar və məmurlar yalnız bunun ezamiyyət olduğunu təsdiq edən sənədləri olduqda ölkədən gedə bilərlər.
Eks-prezident əlavə edib ki, Varşava və Vaşinqtonda işgüzar görüşləri planlaşdırılıb. Belə ki, o, Ukrayna-Polşa sərhədindəki keçid məntəqəsinin polşalı yük maşınları tərəfindən blokadaya alınması, eləcə də ABŞ-ın Kiyevə maliyyə yardımının davam etdirilməsi məsələsini müzakirə etmək niyyətində olub.//qaynarinfo.az