gundem / hadise / dunya
4.12.2023, 12:00
Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var
İndoneziyada Marapi vulkanı püskürüb.
"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 11 alpinist yanaraq həlak olub, daha 12 nəfər itkin düşüb. Onların axtarışları təhlükəsizlik səbəbi ilə dayandırılıb.
Marapi vulkanı dekabrın 3-də İndoneziyanın Qərbi Sumatra əyalətində püskürüb. Alpinistlərin ümumi sayı 75 nəfər olub.
Marapi Sumatra adasındakı ən aktiv vulkanlardan biridir. 1979-cu ildə vulkanın püskürməsi zamanı 60 nəfər həlak olub.