gundem / siyaset / Cəmiyyət
5.12.2023, 12:00
Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi
Yazdığı məqaləyə görə "böhtan" ittihamı ilə 2 il 6 ay həbs cəzası verilən jurnalist Nazlı Ilıcak cəzasını çəkmək üçün 1 saylı Sakarya Həbsxanasına gedərək təslim olub.
"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist 2016-cı ildə yazdığı məqaləyə görə İstanbul 15-ci Asliye Cəza Məhkəməsində mühakimə olunub.
Daha əvvəl İstanbul Ağır Cəza Məhkəməsində baxılan "casusluq" işi ilə bağlı hələ də sınaq müddəti olan Ilıcakın "böhtan" işi üzrə cəzası da kəsilib.