gundem / iqtisadiyyat / Cəmiyyət
30.12.2023, 11:45
Dövlət qurumu aylıq 48 min manata ofis icarəyə götürdü
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yerləşdiyi inzibati binanın icarə müddəti daha bir il uzadılıb.
"DogruXeber.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qurum ofisin sahibi ilə növbəti il üçün (12 aylıq) icarə müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, Observatoriya ofisin sahibi Alim Yusif oğlu Qiyasova növbəti il üçün 584.485,2 manat icarə haqqı ödəyəcək.
Bu isə aya 48 707,1 manat vəsait deməkdir.
Qeyd edək ki, ofisin sahəsi 2.691 kvadrat metrdir. Sahibkar olduğu bildirilən A.Qiyasov nazirliyin tabeliyindəki digər qurumlar üçün də ofis icarəyə verib.