Bu qaydaları pozanları 1000 manat cərimə gözləyir

Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi istiqamətində Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi ilə bağlıdır.

"DogruXeber.az" bildirir ki, bu barədə Qaynarinfo-ya Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilib.

"Belə ki, dəyişiklik ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin sadələşdirilmiş qaydada, əldə edilən gəlirin məbləğindən asılı olmayaraq Vergi Məcəlləsinin 220.5-ci maddəsində müəyyən edilmiş vergi dərəcələri ilə yerinə yetirməsinin ləğvini nəzərdə tutur. Həmin şəxslər vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcək (rüb ərzində 30% limit nəzərə alınmaqla), eyni zamanda illik dövriyyə 200 min manatı keçdikdə məcburi ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.

Sərnişin daşıma ilə məşğul olanlara münasibətdə isə mövcud vergi rejimi saxlanılır və bu şəxslərə (taksi istisna olmaqla) göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə, könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir) vergisinin və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir.

Bu istiqamətdə digər dəyişiklik taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq məlumatların Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməsi və göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsidir”, - məlumatda qeyd edilib


Oxunub: 212

Son xəbərlər

Məmməd Alpayın da həbs edildiyi deyilir

Nurlan Librenin həbs müddəti uzadıldı

Azərbaycan nefti bahalaşıb

Bayram günlərində yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

FHN "Qafqaznet"ə yenə tender verdi - Bu dəfə 262 min manat...

Külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb

Avrokomissiya prezidenti Rusiya əleyhinə sanksiyaların uzadıldığını təsdiqlədi

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Güləşçimiz Avropa çempionu oldu

Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir?

Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır - Britaniyanın dövlət naziri

Qəbələdə yanğın: Sakinlər təxliyə edildi

Bütün xəbərlər