Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimləndi

Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi istiqamətində Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi ilə bağlıdır.

"DogruXeber.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dəyişiklik ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin sadələşdirilmiş qaydada, əldə edilən gəlirin məbləğindən asılı olmayaraq Vergi Məcəlləsinin 220.5-ci maddəsində müəyyən edilmiş vergi dərəcələri ilə yerinə yetirməsinin ləğvini nəzərdə tutur. Həmin şəxslər vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcək (rüb ərzində 30% limit nəzərə alınmaqla), eyni zamanda illik dövriyyə 200 min manatı keçdikdə məcburi ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.

Sərnişin daşıma ilə məşğul olanlara münasibətdə isə mövcud vergi rejimi saxlanılır və bu şəxslərə (taksi istisna olmaqla) göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə, könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir) vergisinin və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir.

Bu istiqamətdə digər dəyişiklik taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq məlumatların Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməsi və göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsidir.


Oxunub: 174

Son xəbərlər

Peskovdan Rusiya-İran münasibətləri ilə bağlı AÇIQLAMA

Naxçıvan necə idarə olunur: Azərbaycan, “canişinlik”, yoxsa cəngəllik qanunları ilə?

Görmənin pisləşməsi demans riskini artıra bilər

“Nar”ın dəstəyi ilə “Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

"Naxçıvan yoluna özəl mühafizə şirkətini cəlb edə bilərik" - Mirzoyan

Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Xanların XANLIQ EŞQİ: Hər sahibkar 150 min verməlidir... - DƏLİXANADIR, VALLAH...

Onlar helikopterə minib Qarabağdan Ermənistana qaçıblar - Simonyan AÇIQLADI

Səhiyyə Nazirliyindən vaksinasiya ilə bağlı ÇAĞIRIŞ

Sabaha olan hava proqnozu

Xaricdə yaşayan azərbaycanlılar üçün ümumi dərslik çap olunacaq

İran XİN Ermənistana silah satşı ilə bağlı suala cavab verə bilmədi

Əlimizi vurduğumuz yandırır: ətdən göbələyə keçid - NƏ ETMƏLİ?

Bu ölkədə uşaqlara sosial media qadağan edilir

Gədəbəydə batan bir milyona görə niyə heç kim məsuliyyət daşımadı

Qırğızıstan prezidenti məmurların maaşlarının artırılmasını qadağan etdi

İrəvan yenə KTMT-dən çıxmağı istisna etmədi

Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı - FOTO

Astarada TRAGİKOMİK VƏZİYYƏT: Kəndin yarısında qaz var, yarısında yox… - VİDEOREPORTAJ - VİDEOTƏFƏRRÜAT

900 minlik mənimsəmədə ittiham olunan iş adamı azadlığa çıxmaq istəyir

Maşın bazarında durğunluq: Nə baş verir?

Turizm Agentliyinin daha bir məmurla ORTAQLIĞI... - Sabiq Abdullayevin şirkəti ilə işbirliyi qurub festifal keçirdi

"Artsaxın ləğvi ilə bağlı fərmanın keçərli olmadığını söyləmək ciddi deyil" - Erməni deputat

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İsrail Suriyanı bombaladı - Ölənlər var

DYP "Formula-1"lə bağlı müraciət etdi

Bu şəxslərin ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək

"Zelenskiyə sülh danışıqlarına getməyə icazə verilmir"

Azərbaycanda bu tarixədək geomaqnit qasırğası gözlənilir

Dondurulmuş ətlərə möhtac qala bilərik

Bütün xəbərlər