Maaşlar bu tarixdə artırılacaq — AÇIQLAMA

DogruXeber.az: - Ötən həftə Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Adətən, hər ilin əvvəlində pensiyaların artımı ilə paralel şəkildə dövlət sektorunda çalışan işçilərin də maaşların artımı ilə bağlı qərar verilirdi. Yəni hər iki müavinətin indekləşdirilməsi təxminən eyni vaxta təsadüf edirdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda bu barədə rəsmi məlumat yoxdur:

“Hələki bununla bağlı hansısa rəsmi məlumat yoxdur. Hər il maaş və pensiyaların indenksləşməsi paralel aparılırdı. Seçkilərdən öncə təqaüdlərlə bağlı qərar verildi. Maaşlara bağlı isə hələ qərar yoxdur. Açığı, bunun nə vaxt olacağını indidən söyləmək də çətindir. Çünki qanunvericilikdə bu artımların müddətləri müəyyənləşdirilməyib. Sadəcə, hökumətin hər il orta aylıq əməkhaqqının artım tempinə və ya infiliyasiya göstəricilərinə uyğun olaraq, əməkhaqlarında indeksləşmə aparmalı olduğu qeyd olunub. Ona görə də indidən nəsə demək çətindir”.

Ekspert maaşlarla bağlı qərarın yaxın günlərdə verilə biləcəyini istisna etməyib:

“Ehtimal edirəm ki, yaxın vaxtlarda parlament seçkiləri ilə bağlı qərar verilə bilər. Ola bilsin ki bu qərardan öncə maaş artımı ilə bağlı yeni bir qərarın elan olunması baş versin. Bəlkə də bunlar hansısa bir seçki alqoritminə görə hesablanıb. Amma nə vaxt və hansı gün olacağını söyləmək çətindir”.


Oxunub: 223

Son xəbərlər

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Ərdoğan və Paşinyan görüşdülər

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib

Stressli vəziyyətləri necə aradan qaldırmaq olar? — 4 məsləhət

“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!

Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Hava proqnozunu öyrənmək üçün mobil tətbiq istifadəyə verildi

Sabah bu istiqamətlərdə hərbçilərin yürüşü keçiriləcək - SİYAHI

Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb

Avropa İttifaqı missiyasından Azərbaycana qarşı təxribat

Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq

İnsan dərisindən qadcetlərə enerji ötürülüb - Alimlərdən maraqlı araşdırma

Onlar Abşeron dairəvi dəmir yolundan ödənişsiz istifadə edəcək

Azərbaycanda bu şəxslərə yeni hüquqlar verilir

"Azroşen" də ölkədən pul çıxarıb

İş adamının obyektində AXTARIŞ BAŞLADI

Rusiya Zimbabvedən işçi qüvvəsi istədi

Hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda

“Azərişıq” COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - FOTO

Özəlləşdirmə çek sahibləri: “İnanırıq ki, ölkə başçısı problemin həlli ilə bağlı göstəriş verəcək” – FOTOLAR

"Ermənistan bir sıra təkliflər irəli sürüb" - Mirzoyanın müavini

Donald Trampın qırmızı qalstuku nədən xəbər verir?

"Bazar" adı üstündə olan təhsil müəssisəsi

"ABŞ Ermənistanı milli intihara sövq edir" - Rusiya kəşfiyyatı

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başladı

Bank kreditlərinin faizlərinin aşağı salınması təklif olunur

Sabah hava yağmursuz olacaq

Bayram günlərində banklar işləyəcək? - RƏSMİ

Rusiyanın İl-76 təyyarəsi Livana endi

Bütün xəbərlər