"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

"Aidiyyatı qurumlar bu dəfə də müraciətimə baxmasalar, mətbuat konfransı keçirəcəm."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Daşkəsən kənd sakini, şəhid Elçin Kərimovun atası Ataş Kərimov deyib.

Xatırladaq ki, şəhid Elçin Kərimovun 7 nəfərdən ibarət olan ailəsinin köhnə yataqxananın bircə otağında sığındıqları, həmçinin Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanında uyuyan şəhidin məzar daşında böyük çatların yarandığı, uçub-dağılma təhlükəsi ilə üz-üzə olduğu barəsində dəfələrlə "DogruXeber.az" informasiya portalında, eləcə də agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında məlumatlar və görüntülər yayımlamışdıq. Lakin, təəssüflər olsun ki, bundan sonra da hətta, nə Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənovun, nə millət vəkili Ceyhun Məmmədovun, nə hazırda yaşadıqları Sabunçu rayonunun icra hakimiyyətinin başçısı Adil Vəliyevin, nə də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərinin "tükü tərpənmədi".

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

Şəhid ailəsini 30 ildir eşidən yoxdur... - "Başçını tanımıram, amma deputatı televizorda görmüşəm"

Şəhidin ailəsi və məzar daşı daha bir yeni ilə köhnə probləmlərlə girir...

Allah rəhmət eləsin, Mirzə Ələkbər Sabir məhz yuxarıda adlarını çəkdiyimiz məmurların dilindən deyirdi:

Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzilü məvadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də edərik aləmi-röyadə tərəqqi;
Millət nесə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

31 ildir bu ailə, eləcə də Ataş kişini bildirdiyinə görə, onlardan başqa da Cəbrayıl rayonundan olan bir neçə şəhid ailələri bu cür şəraitsiz, köhnə yataqxanada sözün əsl mənasında əziyyət çəkirlər.

Atalar deyib, "Yüz eşitməkdənsə, bir görmək yaxşıdır". Odur ki, aşağıda təqdim etdiyimiz videonu izləyib, özünüz dediklərimizə şahid olun.



Məsələ həllini tapana qədər mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO


Oxunub: 538

Son xəbərlər

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Türkiyədə yeni konstitusiya qəbul ediləcək

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

"Ermənistanın KTMT-də maliyyələşdirməni dayandırması faciə deyil" - Rusiya XİN

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Pensiyalar nə qədər artıb?

Azərbaycan-Belarus sənədləri imzalanıb

Sabah hava necə olacaq?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Azərbaycan nefti bahalaşdı

"Paşinyan iyunun 1-də istefa verəcək" - Artur Gevorqyan

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər