gundem / hadise / dunya
1.04.2024, 16:30
İsrail "Hizbullah"ın 10 obyektini bombalayıb
İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Livanın cənubunda "Hizbullah"ın 10 obyektinə eyni zamanda zərbə endirib.
“DogruXeber.az” TASS-a istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.
Bildirilib ki, "Hizbullah"ın silahlı qüvvələri bombalanan obyektlərdən istifadə edirmiş. Məlumata görə, zərbələr Livanın cənubundakı Rəşaya əl-Fuxar kəndinin ərazisindəki mövqelərə endirilib. İnformasiyaya əsasən, İsrail ordusunun hədəfi silah anbarı, raketatan qurğular və infrastruktur obyektləri olub.