“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

"DogruXeber.az" xəbər verir ki, fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərenerji” ASC olub. Qurum “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. “Azərenerji” informasiya sistemlərini qismən Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.


Oxunub: 192

Son xəbərlər

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

NAXCIVAN SƏHİYYƏ NAZİRİ SAMİQ SADIXOV DÖVLƏT BÜDCƏSİNƏ GÖRƏN NİYƏ QƏNİM KƏSİLİB?- Fantastik əməkhaqqı

Yanan hoteldə türk yazar və ailəsindən xəbər yoxdur

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir

Prezident daha bir görüş keçirdi

Baş nazirdən şagirdlərlə bağlı QƏRAR

Üçtərəfli razılaşmalar əvvəlki kimi aktualdır — LAVROV

Fərid Qayıbovla Ülvi Quliyev hansı məsələdə razılaşmır? - ARAŞDIRMA

Növbə diş həkimlərinə çatdı: Saxta diplomlu stomotoloqlarla bağlı yoxlamalara başlanıldı — RƏSMİ

Əli Kərimin oğlunun müsadirə edilən pulları qaytarıldı

Tullantı suyunun istifadəsinə dair yeni dövlət standartını qəbul edildi

Həcc ziyarətinin qiymətləri niyə bahalaşır?

Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq

İlham Əliyev “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşdü

Baydenin süni intellektin risklərinə dair sərəncamı da ləğv edildi

20-dən çox prodüser Azərbaycan Prodüserlər Gildiyasından istefa verdi

Sumqayıt şəhər icra hakimiyyəti ilə bələdiyyəni birləşdirən ilginc faktlar // FOTO+VİDEO

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

İlham Əliyev Trampı təbrik etdi

Bu ölkədə çaxnaşma: Yeni virus aşkarlandı

Alim Qasımov və qızı “Əl-Cəzirə” telekanalında - VİDEO

Bakı metrosundan istifadə edənlərin nəzərinə!

Kolumbiyada fövqəladə vəziyyət elan edilib

"Veysəloğlu" xalqın cibinə girir

İmişlidə narazılıqların görünməyən "memarı" - İcra başçısı yerində olmayanda...

İş adamı Nazim Mövsümov Rusiyada ticarət kompleksini aldı

Əmək pensiyasının minimum məbləği artırılır

HƏMAS Rusiyanı dost dövlət kimi qəbul edir

İcra hakiminin bələdiyyə hakimiyyəti - VİDEO

Dünyanın ilk trilyoneri kim olacaq?

Bütün xəbərlər