““Toplum TV işi” üzrə saxlanılanlardan birinə onun əleyhinə şahidlik etdiyim deyilib”

“Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından bəyanat yayıb.

"DogruXeber.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, o, istintaqın “Toplum TV işi” üzrə həbs edilən şəxslərdən birini aldadaraq ifadə almağa çalışdığını bildirib:

“Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılanlardan biri ilə ünsiyyətdə oldum. Söhbət əsnasında öyrəndim ki, ifadə zamanı mənim adımdan həmin adama onun əleyhinə şahidlik etdiyim deyilib. Bildirilib ki, guya xarici ölkələrdən birində olarkən ona böyük məbləğdə pul vermişəm və onun da bu pulu Azərbaycana gətirdiyini etiraf etmişəm. Həmin adam bu söhbətdən təəccüblənib və heç vaxt belə bir hadisənin yaşanmadığını deyib.

Açıq şəkildə bəyan edirəm ki, mənim nəinki “Toplum TV”nin əməkdaşları, ümumiyyətlə heç kimlə belə bir dialoqum olmayıb. Görünür, mənim adımdan “Toplum TV işi” üzrə saxlanılanlardan ifadə almaq üçün istifadə etmək istəyirlər. Bildirirəm ki, mən bu istintaq dövründə ümumiyyətlə ifadə verməkdən imtina etmişəm və “Toplum TV” əməkdaşlarına qarşı da heç bir ifadə verməmişəm”, - Ü.Həsənli bildirib.

“Toplum TV işi” üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aparır. Daxili İşlər Nazirliyi martın 30-da dərc olunan bəyanata münasibət bildirməyib.
Vəkil Elçin Sadıqov “Abzas Media”ya bildirib ki, əgər belə hal baş veribsə, bu, insanlar arasında nifaq salmağa və qanunsuz yolla ifadə almağa yönələn bir addımdır:

“Qanunvericilikdə qeyd olunur ki, aldatma və hədə-qorxu, eyni zamanda digər qanunsuz yollarla əldə edilmiş sübutun heç bir qüvvəsi yoxdur. Ancaq təəssüf ki, Azərbaycan məhkəmələri buna əhəmiyyət vermir”.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə (şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi) əsasən, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır.

Qeyd edək ki, ötən ilin noyabrından etibarən Azərbaycanda jurnalistlər kütləvi şəkildə həbs olunur. Həbs olunanların əksəriyyəti “Abzas Media” və “Toplum TV”nin əməkdaşlarıdır. İki iş üzrə ümumilikdə 14 nəfərə cinayət işi açılıb, 12 nəfər həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalistlər ittihamların qondarma olduğunu və peşə fəaliyyətlərinə görə repressiyaya məruz qaldıqlarını bildiriblər.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri onları siyasi məhbus hesab edir, həbs olunanların dərhal azad olunmasına çağırırlar.

Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə siyasi məhbusun olmadığını bildirir.


Oxunub: 255

Son xəbərlər

Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır

Məmməd Alpayın da həbs edildiyi deyilir

Nurlan Librenin həbs müddəti uzadıldı

Azərbaycan nefti bahalaşıb

Bayram günlərində yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

FHN "Qafqaznet"ə yenə tender verdi - Bu dəfə 262 min manat...

Külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb

Avrokomissiya prezidenti Rusiya əleyhinə sanksiyaların uzadıldığını təsdiqlədi

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Güləşçimiz Avropa çempionu oldu

Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir?

Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır - Britaniyanın dövlət naziri

Bütün xəbərlər