Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu

Məlumdur ki, 2001-ci ilə qədər rəsmi Vatikan 1915-ci ildə Osmanlı imperiyası daxilində baş verən hadisələrlə bağlı "soyqırım” sözünü işlətməyib. 2001-ci ildə Roma Papası 2-ci İohan Pavel ilə Patriarx 2-ci Qareginin yaydığı bəyannamədə ilk dəfə "soyqrımı” sözü işlədilib. Bundan sonra Vatikan siyasətini dəyişdirdi. Niyə birdən birə Papa bi ifadəni işlətdi?

Papalığın bütün maliyyə sistemi rəsmi olaraq Dini İşlər İnstitutu (IOR) kimi tanınan Vatikan bankı üzərində qurulub. Bu bankın fəaliyyətinə nəzər salanda Dini istiqamətdə xərclənən pullardan çox çirkli pulları yumaq, Papanı bir çox işlərdə razı salmaq üçün böyük məbləğli korrupsiya məsələləri ilə görmək olar.

Hazırda Avropada "Dünyanın ən məxfi bankı” kimi də tanınan IOR çirkli pulların yuyulması və korrupsiya ilə tanınır. IOR ilə bağlı ən böyük qalmaqallardan biri onun əsas səhmdarı olduğu Ambrosiano Bankın Siciliya mafiyası üçün çirkli pulların yuyulmasında ittiham olunması idi. Çox uzaq zamana getməyək, elə 2022-ci ildə Roma Baş Prokurorluğunun araşdırma hesabatında Dini İşlər İnstitutu (IOR) adı altında fəaliyyət göstərən Vatikan Bankının bəzi köçürmə əməliyyatlarında Aİ ölkələrində çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəlmiş qaydaları pozduğu təsdiqlənib. İstintaq çərçivəsində, keçən ay pulların yuyulması əməliyyatı şübhəsi ilə IOR-dan JP Morgan Frankfurt və Fucino banklarına köçürülən 23 milyon avroya həbs qoyan prokurorluq, təxminən 140 milyon avro məbləğində pul köçürmə əməliyyatlarını da yoxlamağa qərar vermis idi.

Məhz bu banka 2001-ci ildə 25 milyard dollarlıq bir köçürülmə baş verir. Köçürülümə İsveçrə banklarından birinin vasitəsilə baş verib və köçürməni edən isə Amerikalı milyarder Kirk Kirkoryan idi. Bu pul hansı məqsədlə köçürülüb. Kirkoryan ABŞ-də Fresno şəhərində (Kaliforniya ştatı)-da anadan olub. 1800-cü illərin sonunda Maraşdan ABŞ-yə köç etmiş bir ailənin övladı idi. Atası Aharon Qriqoryan, anası Liliya Qriqoryandır. Böyük biznesə malik olan Kirkoryan 9 yaşında Türklərin düşməni olaraq çıxışlar etməyə başlayıb. Bütün var dövlətini Türkiyə və hazırda da Azərbaycan əleyihinə yönəldib. Qarabağ işğalda olanda 80 milyon dollar Xankəndi-Şuşa-Laçın yolunun çəkilməsinə xərcləyib.

O, Vatikana kiçik miqdarlarda maliyyə yardımı edərək Papa II İohann Pavelin diqqətini cəlb edir və onunla görüşməyə razı olur. Görüş zamanı əldə edilən razılıq belə idi:

1. Vatikan Gizli Arxivlərində bolqar əsilli polkovnik Panço Dorefin təqdim etdiyi sənədlərin üzə çıxarılmaması (qeyd edim ki, 1931-ci ildə erməni məsələsi ilə bağlı sənədlərin Bolqarıstana, oradan da Vatikana qaçıran şəxsdir)

2. Erməni Katolik Kilsəsini ziyarət edən Apostol kilsəsinin nümayəndəsi monsinyor Jovanni Naslian tərəfindən Papanın katibi, kardinala yazdığı hesabat üzə çıxarlmır. Çünki həmin hesabatda əldə etdiyimiz bir məktubda Jovanni Naslian Papaya yazır ""Erməni Katolik Kilsəsi katoliklərin Türk hökumətinə çətinlik yaratmayacağı təminatını verirlər. Türk hökuməti də katoliklərə hər zaman yaxınlıq göstərdiyini bəyan edir. Katolikləri sadiq və güvəniləsi təbəələri kimi tanıdıqlarını rəsmən qeyd edirlər.” (məktubun surətindən bir hissə statusa əlavə edilir)

3. Vatikanın Osmanlı dövləti ilə yazışmaları üzə çıxarlmır

4. 1915-ci ildə Vatikanın xüsusi nümayəndələrinin Osmanlı dövlətində apardıqları araşdırmalar üzə çıxarılmır

5. Papa Ermənistana səfər edir və soyrıqım abidəsini ziyarət edir və soyqırım faktını təsdiq edir.

6. Bütün bunlar icra edilsə 25 milyard dollar Vatikanın IOR bankına köçürülür.

Bu müqavilədən sonra Vatikan Gizli Arxivləri Müdiri Sergio Paganonun "Il Messaggero” qəzetində müsahibəsi dərc edilir və Papanın belə qərar qəbul etməsindən qəmgin olduğu ifadə işlədilir.

Qeyd edək ki, bu, Vatikanın gizli arxivlərində olan, 1915-ci ildə "soyqırım” olmadığını göstərən yüzlərlə sənəd var və onlar 2001-ci ildən bağlı sandıqlarda gizlədilir.

Roma Papası II İoan Pavel 2001-ci ildə Ermənistanda xristianlığın dövlət dini qəbul olunmasının 1700 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir və Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında ermənilərin” kütləvi qırğınını yenidən "soyqırım” "adlandırır.

Papa Fransisk 2015-ci ildə qondarma erməni soyqırımının 100-cü ili səbəbiylə bir dini ayin keçirir.

Roma Papası Francis bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə Yerevanda "Erməni soyqırımı xatirə kompleksinə” baş çəkir 2016-cı ildə və Fransisk İrəvanda yazılı mətndə olmamasına baxmayaraq, şifahi nitqində "erməni soyqırımı” ifadəsindən istifadə edir.

Bu fakt bir daha sübut edir ki, ermənilərin uydurduğu soyqırım əfsanəsi sadəcə pul gücünə inandırılır insanlara və dünyada Xristian dinin mərkəzi sayılan Vatikan və Papalar pulnan satılan şəxslərdir sadəcə. Din və sairə puldan sonra gəlir onlar üçün

Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu

Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu


Oxunub: 199

Son xəbərlər

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

Brent ucuzlaşdı

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Bütün xəbərlər