Rusiya ordusu müharibə başlayandan bəri rekord sayda fərariliklə üzləşir - Kəşfiyyat

Rusiya ordusundan çağırışçıların fərariliyi rekord həddə çatıb. Bunun əksəriyyəti Moskva vilayətində qeydə alınıb.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Dərc olunan yeni icmalda qeyd edilir ki, Rusiyanın müstəqil media qrupunun "Mediazona"ya istinadən verdiyi məlumata görə, 2024-cü ilin martında Rusiya hərbi məhkəmələri rekord sayda - 684 rusiyalı hərbçini fərariliyə görə cəzalandırıb. 2022-ci ilin sentyabrında "qismən" səfərbərlikdən bəri ümumi halların sayı 7.400-dür, ən çox hal Moskva vilayətində qeydə alınıb - 496.

Britaniya kəşfiyyatının məlumatına görə, izinə düşərək hərbi məhkəməyə gətirilən əsgərlərin çoxu şərti cəza alıb və öz hissələrinə və cəbhə xəttinə qaytarılıb. Eyni zamanda, hərbi xidmətdən yayınan Rusiya vətəndaşlarının Qərb ölkələrindən sığınacaq üçün müraciətlərinin sayı rekord həddə çatıb.

"Rusiya əsgərləri, o cümlədən 2022-ci ilin sentyabrında qismən səfərbərlik zamanı zorla cəlb edilmiş əsgərlər, tərxis olunma ehtimalı az olmaqla qeyri-müəyyən müddətə hərbi xidmətdə qalmalıdırlar”, - Britaniya Müdafiə Nazirliyi qeyd edib.


Oxunub: 200

Son xəbərlər

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

Brent ucuzlaşdı

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Bütün xəbərlər