Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

İşdən çıxarıldığı üçün məktəb direktorunu bıçaqlayan xadiməyə hökm oxunub.

"DogruXeber.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, Cəlilabadın Kövüzbulaq kənd tam orta məktəbinin direktoru Cahangir Əliyev 15 may 2023-cü il tarixdə, saat 14 radələrində işlədiyi məktəbin həyətində bıçaqlı hücuma məruz qalıb. Hücumu isə məktəbdə uzun illər xadimə işləyən 1986-cı il təvəllüdlü, Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Aida Zamanova (soyad şərti) adlı qadın törədib.

Qadın 2019-cu ildən həmin məktəbdə xadimə kimi işləyərək hər ay 150 manat əmək haqqı alıb və 2023-cü ilin may ayının 8-də direktorun əmri ilə işdən azad olunub. Aida Zamanova direktorun qərarından Cəlilabad şəhər Təhsil Şöbəsinə müraciət edib. O iddia edib ki, Təhsil Şöbəsinin əməkdaşı araşdırma aparıldığını və guya onun məktəbə açıq-saçıq paltarda gəldiyini, kənddə əxlaqsız kimi tanındığını, bu səbədən işdən çıxarılmasının əsaslı sayıldığını deyib.

Bundan sonra təqsirləndirilən şəxs evindən mətbəx bıçağını götürərək direktorun yanına gedib. O, Cahangir Əliyevdən əxlaqsız olması barədə iddianı sübut etməyi tələb edib və əynindəki jaketin yaxasından bıçağı çıxararaq onu qovmağa başlayıb. Təqsirləndirilən şəxs bıçaqla vurarkən direktor sağ əlini qabağa verib və əlindən xəsarət alıb. Sonra isə təqsirləndirilən şəxs bıçaqla onun sol böyür hissəsindən də bir dəfə vuraraq xəsarət yetirib.

Məktəb direktorunun şikayəti əsasında qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə qadın özünü təqsirkar bilib və əməlindən peşman olduğunu deyib. Məktəb direktoru da təqsirləndirilən şəxslə barışdığını və onu çox vaxt məktəbə gəlmədiyi üçün işdən çıxardığını deyib.

Məhkəmənin qərarı ilə Aida Zamanova Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.


Oxunub: 181

Son xəbərlər

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

Brent ucuzlaşdı

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Bütün xəbərlər