Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə həbsdə olan Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə təqsirləndirilən vəkil Sümbülə Əliyevanın növbəti məhkəmə prosesi keçirilib.

"DogruXeber.az"ın məlumatına görə, dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib. Məlum olub ki, Sümbülə Əliyeva dövlət tərəfindən vəkillərə ayrılan qonorarları, həmçinin məcburi dövlət sosial sığorta haqlarını, dövlət vergilərini ödəməkdən yayınmaqla mənimsəmə və vergidən yayınma cinayəti törədib. Belə ki, mənimsəmə faktı üzrə 201 min, vergidən yayınma üzrə isə 71 min manat dövlətə ziyan vurub.

Təqsirləndirilən şəxs verilən ittihamlarla razı olmadığını bildirib və ifadə verib: " Deyə bilərəm ki, əvvəllər mən maliyyə sənədlərinin araşdırılması ilə bağlı stress keçirmişəm. İndi cinayət işinin istintaq materialları ilə tanış olmaq istəyirəm".

Hakim isə Sümbülə xanıma bildirib ki, hələ ev dustaqlığında olduğu müddətdə dəfələrlə ona istintaq materialları ilə tanış olmaq üçün şərait yaradıb.

Sümbülə xanım isə həmin vaxt sənədlərlə tanış olsa da o zaman hormonal dərmanlar qəbul etdiyi üçün istintaq materialları yadında qalmayıb, qeydlərinin isə evdə qaldığını bildirib.

Hakim isə cinayət işində Sumbülə xanımın istintaq materialları ilə tanış olması barədə cinayət işində protokolların olduğunu xatırladıb.

Təqsirləndirilən Sümbülə Əliyeva hakimin fikri ilə razılaşıb: "Mən danmıram, o zaman həmin sənədlərlə tanış olmuşam. Ancaq mən evdən yox, Bakı İstintaq Təcridxanasından gəldiyim üçün o istintaq materialları əlimdə yoxdur. Xəstəliyimdə buna təsir edib, 2 dəfə əməliyyat olunmuşam".

Hakim Mahmud Ağalarov Sümbülə xanımın münasibətini məhkəməyə qarşı süründürməçilik kimi qiymətləndirib və növbəti prosesdən şahidlərin dindirilməsinə başlayacağını qeyd edib.

Mahmud Ağalarov Sümbülə xanıma cinayət işinin materialları ilə tanış olmaq üçün yenidən şərait yaradacağını da söz verib.

Növbəti məhkəmə prosesi may ayının 2-nə kimi təxirə salınıb.


Oxunub: 157

Son xəbərlər

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

Brent ucuzlaşdı

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Bütün xəbərlər