Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Deputat Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri ictimai mühitdə narazılığa səbəb olub.

"DogruXeber.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, Rasim Musabəyov İctimai Televiziyanın (İTV) efirində Başkəndən Azərbaycan üçün strateji əhəmiyyət kəsb etmədiyini deyib. Bu fikirdən sonra deputat sosial şəbəkələrdə və bir sıra media subyektlərində tənqidlərə məruz qalıb.

Rasim Musabəyov özü də "Facebook” hesabında bu barədə yazıb:

"Bir qrup az tanınan saytlar birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən nəzarətə götürülən Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək "stəkanda fırtına” yaratmağa çalışdılar. Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkənd kəndinin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm".

Qərbi azərbaycanlıların köç və işğal problemlərinin araşdırmaçısı, Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfayət Avnıbəyli mövzu ilə bağlı Qaynarinfo-ya bildirib ki, Rasib Musabəyovun məlum fikri qəbuledilən deyil:

"Rasim Musabəyov nə Başkənd ərazisini tanıyır, nə də strategiyanın nə olduğundan xəbəri var. Başkənd ümumiyyətlə, Şınıx mahalının göbəyində "qara yara". Musabəyovun diqqətinə çatdırıram ki, Başkənd qəsəbəsi 1920-ci illərdə təbii ki, sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və sovet ideoloji xəttinin təhlükəli bir komponenti kimi düşünülmüş şəkildə qarşıdurmalarada, siyasi hakimiyyətin problemlər yaşadığı zamanlarda mövcud vəziyyətdən yararlanmağa xidmət edirdi. Bu yaxın tariximizdə, 1988-ci ildən sonrakı hadisələrdə özünü daha qabarıq şəkildə biruzə verdi".

Şəfayət Avnıbəyli əlavə edib ki, ermənilər min bir hiylə ilə tarixi Başkəndi unutdurmaq üçün qəsəbəyə "Arsvaşen" adını verib:

"Buna baxmayaraq, tarixdən də bəllidir ki, ermənilərin Başkəndə gəlişi XIX əsrin ortalarında baş tutub və bu Musabəyovun dediyinin əksinə olaraq işğalçı çar Rusiyasının Qafqazla bağlı strateji maraqlarının bir hissəsi, həm də çox mühüm bir hissəsi idi. Çar Rusiyasının Qafqaz siyasəti, eləcə də bolşeviklərin bir başqa müstəvidə işğalçılıq məfkurəsi təkcə coğrafi kontekstdə ərazilərin zəbti ilə məhdudlaşmırdı. Bunun digər qatında etnosun milli mədəniyyət fonduna qarşı total hücumlar özünü göstərirdi. Ermənilər də məhz bu strategiyadan istifadə edirdilər.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirdilər və Şınıxın 32 kəndi blokadaya düşdü. İndi necə ola bilər ki, Başkənd mühüm strateji əhəmiyyət kəsb etməsin?

Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. Əgər strateji əhəmiyyəti yox idisə, bu qədər hərbi kontingent orda nə gəzirdi?!

Qeyd etməliyəm ki, bu torpaqlarda İsgəndər Aznaurov, Məzahir Rüstəmov kimi Milli Qəhrəmanımız, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş alay komandiri Cahangir Rüstəmov şəhid olub".


Oxunub: 128

Son xəbərlər

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

"Azərişıq" ASC-nin Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

"Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi" - 143 milyonluq mənimsəmə

Dairə daraldı: Rəisinin varisinin kim olacağı açıqlandı

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Rəisinin ölümü İranı hansı vəziyyətə saldı? - Tehran dilemma qarşısında

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Sabah 25 dərəcə isti olacaq

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

İran prezidenti bu şəhərdə DƏFN EDİLƏCƏK

İranın XİN rəhbərinin ölməzdən öncə SON FOTOSU

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Səid Nəcəfzadə dünya çempionu oldu

Bütün xəbərlər