gundem / idman / Cəmiyyət
2.05.2024, 12:45
İdmanda doğru bildiyimiz yanlışlar
Yay yaxınlaşdıqca bir çox insan artıq çəkidən xilas olmaq və ya fit bədənə sahib olmaq üçün idmana üz tutur. Aparılan elmi araşdırmalar bu, müntəzəm məşqin ümumi bədən sağlamlığı ilə yanaşı ürək sağlamlığını əhəmiyyətli dərəcədə dəstəklədiyini göstərir. Amma diqqətli olmaqda fayda var. Çünki bəzi qaydalara diqqət etmədikdə ürəyə fayda verməkdənsə, zərər verə, hətta infarkt riski artıra bilər.
"DogruXeber.az" həmin qaydaları təqdim edir:
Düzgün idmanı seçin
Sağlamlığınıza, yaşınıza və sağlamlıq vəziyyətinizə uyğun olmayan idmanlardan çəkinin. Bu meyarlar baxımından sizə ən uyğun olan idman növünü seçmək vacibdir.
Yavaş başlayın
Qəfil və intensiv məşqlərə başlamaq ürək xəstəliklərinə və hətta infarkt riskinə səbəb ola bilər. Ona görə də mərhələli proqramın həyata keçirilməsi vacibdir. Bədəninizin yeni məşq proqramına uyğunlaşması üçün ilk həftələrdə qısamüddətli və yüngül məşqlər etməyiniz tövsiyə olunur.
İlk həftədə 10-15 dəqiqəlik məşqlərə başlaya bilərsiniz. Hər həftə məşq müddətini və intensivliyini tədricən artıra bilərsiniz. Xüsusilə sinə, əzələ, baş ağrısı, başgicəllənmə və ya nəfəs darlığı kimi şikayətləriniz varsa dincəlməli və mütləq həkimə müraciət etməlisiniz. Bədəninizin susuz qalmaması üçün bol su içməyə diqqət yetirin.
Davamlı olun
Həftədə azı 3-5 gün ən az 30 dəqiqə idman etmək ürək sağlamlığınız üçün idealdır. Müntəzəm idman etmək ürək əzələlərini gücləndirməkdən tutmuş qan təzyiqini salmağa, xolesterini tarazlaşdırmağa və stressi azaltmağa qədər bədənə bir çox faydaları təmin edir. Bəzən heç məşq etməmək, bəzən də həddindən artıq yüklənmənin ürəyə mənfi təsir etdiyi məlumdur. İdmanın gündəlik həyat rejiminə çevrilməsi lazım olduğu qeyd olunur.