gundem / dunya
6.05.2024, 10:45
İsrail ordusu Rəfah bölgəsini təxliyəyə çağırdı
İsrail ordusu şərqi Rəfah sakinlərini təxliyə etməyə çağırıb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İDF əl-Mavasidə səhra xəstəxanaları, çadırlar, həmçinin ərzaq, su, dərman və əlavə ləvazimatların daxil olduğu humanitar zonanı genişləndirib. Tədricən mülki şəxslər müəyyən edilmiş humanitar zonaya köçəcəklər.