gundem / Cəmiyyət / Mədəniyyət
10.05.2024, 13:30
Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən ilin iyulunda elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən yaradılan apellyasiya komissiyasına müraciət olunan film layihələri ilə bağlı yekun nəticələri açıqlayıb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə ARKA-dan məlumat verilib.
Komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirməklə yanaşı, kommersiya potensialı olan layihələrin 50% və ya daha çox hissəsi maliyyələşdirildiyi ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin cəlb edilməsinə qərar verilib.
Aşağıdakı film layihələri Apellyasiya Komissiyasının müsbət rəyini alıb:
“Rakurs Film-Media”, “Mənə bənzər adam” - Tammetrajlı bədii
“Karvan production”, “Ağalı” - Tammetrajlı bədii
Rog Vfx Studio”, “Oriondan Sevgilərlə” - Qısa bədii
“Vətən TV Media Şirkəti”, “Müharibənin gözləri” - Qısa sənədli
“Oskar Film”, “Danışır və göstərir Şuşa - Qısa sənədli
“Birlik kinostudiyası”, “Nağıl istəyirəm!” - Qısa animasiya
Qeyd edək ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.
Bundan başqa Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 18 iyul 2023-cü il tarixində elan etdiyi film layihələri müsabiqəsində qalib gələn istehsalçı şirtkətlərə maliyyə vəsaitinin ödənilməsinə başlanlıb.