gundem / dunya
1.06.2024, 16:30
Məhkəmə qərarından sonra seçicilər Trampdan üz döndərir
Münsiflər heyəti ABŞ prezidentliyinə namizəd Donald Trampı məhkum etdikdən sonra respublikaçı seçicilərin 10%-ə qədəri ondan üz döndərə bilər.
"DogruXeber.az" xəbər verir ki, bunu "Reuters" və "Ipsos" tərəfindən aparılan sorğunun nəticələri göstərir.
"Qeydiyyatdan keçmiş hər 10 Respublikaçı seçicidən biri Trampın məhkum olunmasından sonra ona səs verməyəcəklərini bildirib", deyə nəşr yazıb.
Eyni zamanda, onun prezidentlik yarışında rəqibi Co Bayden hazırda heç bir nəzərə çarpan liderlik nümayiş etdirmir - müvafiq olaraq 41% və 39%. Təxminən 10%-i müstəqil namizəd kiçik Robert Kennedini dəstəkləyəcək, 20%-i isə hələ öz seçiminə qərar verməyib.
Trampın çatışmazlıqları arasında əsas qeyd olunanı onun mühakimə və həbs olunma ehtimalıdır. Bayden yaşına (81 yaş) və HƏMAS-la müharibədə İsraili dəstəklədiyinə görə qınanır.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Keçmiş prezident Donald Tramp Respublikaçılar Partiyasından, indiki prezident Co Bayden isə Demokratlar Partiyasından namizədliyini irəli sürür.