Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qaydalar

Möhtərəm cənab Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi ölkənin enerji sektoru ilə bağlı verdiyi sərəncamlar, tapşırıqlar və qanunlar sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı elektrik şəbəkələrinə qoşulmanın əlçatanlığın daha da artırılmasını təmin edir.

"DogruXeber.az" xəbər verir ki, elektroenergetika sektorunda fəaliyyət göstərən qurumlar və istehlakçılar arasında yaranan münasibətlərin tənzimlənməsinin təmin edilməsi, enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın təmin edilməsi, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılması, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, istehlakçılara keyfiyyətli xidmətin göstərilməsi, elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasının şəffaf və ayri-seçkiliyə yol verilmədən həyata keçirilmənin təmin edilməsi məsələsi ölkə rəhbərliyinin daima diqqət mərkəzindədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tətbiqi ilə bu günə qədər bu sahədə mövcud olan qaydalar arasında ziddiyyətli məqamların aradan qaldırılması ilə yanaşı vahid qanunvericilik bazasının yaradılması təmin edilmişdir.

Belə ki, indiyə qədər ayrı-ayrı istehlakçı kateqoriyalarına aid tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasında fərqli yanaşma tətbiq edilirdi, yəni sahibkarlıq subyektlərinə aid tikinti obyektləri üçün bir “Qayda”nın, məişət abonentləri üçün bir “Qayda”nın orta gərginlikli şəbəkədən qoşulma üçün isə başqa bir “Qayda”lara uyğun olaraq sifarişçilərə texniki şərtlər verilirdi. “Elektroenergertika haqqında” Azərbaycan Respublikasının qanununda edilmiş dəyişilikliyə uyğun olaraq yeni “Qayda”larda aşağı gərginlikli (0.4 kV-luq) şəbəkələrdən qoşulma zamanı texniki şərtlərin verilməsi tikinti obyektlərinin təlabat gücü 150 kVt-dan artırılaraq 200 kVt-a çatdırılmışdır. Yeni qaydaların tətbiqi ilə məişət və sahibkarlara məxsus tikinti obyektlərinin enerji təchizatı (1 fazlı təchizat sxemi üzrə) şəbəkəsinə qoşulmasında eyni tariflər tətbiq ediləcəkdir. Bundan başqa, indiyə qədər tətbiq edilən qaydalara görə texniki şərtlərin verilməsi zamanı minimal təlabat gücü 5 kVt-dan başlayırdı. Yeni qaydalara görə isə tələbat gücü 1 kVt-dan başlaya bilər və uyğun olaraq ödəniş məbləği azalmış olur. Sahibkarların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması zamanı obyektin təyinatına görə tətbiq edilən fərqli ödəniş məbləğləri də aradan qaldırılmışdır. Yeni ödəmə məbləğinə əsasən ticarət, ictimai iaşə,məişət və digər növ xidmət obyektlərində birfazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-70% azalır.

Yeni qaydalarda enerji təchizatı şəbəkəsinə qoşulmalar zamanı texniki şərtlər verilərkən şəbəkənin gücləndirilməsi ilə əlaqədar tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcəklər. Bununla da sahibkarların enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı ümumi xərclərin azalması təmin ediləcəkdir.

Tələb olunan gücü 200 kVt-dan yuxarı olan üçfazlı aşağı gərginlikli (0,4 kV) şəbəkədən və bütün güclər üçün orta gərginlikli şəbəkədən texniki şərtlərin verilməsi zamanı sifarişçidən ancaq enerji təchizatı şəbəkəsinə fiziki qoşulmaya görə ödəniş məbləği alınacaqdır.

Layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin (elektrik veriliş xətlərinin çəkilməsi,avadanlıqların quraşdırılması və s.) yerinə yetirilməsi sifarişçinin seçiminə uyğun olaraq enerji təchizatı müəssisəsi və ya bu işləri görməyə lisenziyası (xüsusi icazəsi) olan qurumlar tərəfindən sifarişçinin vəsaiti hesabına aparılacaqdır. Bu da inhisarçılığın aradan qaldırılması və yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəckdir.

Sonda bir daha qeyd edək ki, bu qaydanın qəbulu ölkədə sahibkarlığın inkişafına dəstək verməklə yanaşı vətəndaş məmnunluğunu artırılmasına xidmət edir.


Oxunub: 121

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Ceyhun Bayramov: “İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır”

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

Robotlar insanlarla yarışdı - Çində ilk

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Prezident qanunu imzaladı

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bütün xəbərlər