gundem / Səhiyyə / Cəmiyyət
11.06.2024, 17:00
Mərkəzi Dəmiryol Xəstəxanası ləğv olunduğunu elan etdi
Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmiryol Xəstəxanası ləğv olunduğunu elan edir.
"DogruXeber.az" Banker.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1117 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Mərkəzi Dəmiryol Xəstəxanası 1996-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 7 857 336 manatdır və qanuni təmsilçisi Müşfiq Mirzəyevdir.