14 il direktor işləyən qadın 995 min manat mənimsəyib

Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Şərifova Təranə Mikayıl qızının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "DogruXeber.az"a bildirilib ki, istintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmasına, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almasına, bununla da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.

Toplanmış sübutlar əsasında Təranə Şərifovaya Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Oxunub: 252

Son xəbərlər

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? – VİDEO

"WhatsApp"da yeni era: Səsli mesajlar mətnə çevrilir

Milli Mətbuatın kökünə vurulan BALTA – Əhməd İsmayılov “mətbuat qəssabı” olaraq tarixə düşür

İki məşhur Müsavatçı deputatlığa namizəd oldu

Bakıda Xocalı qatilinə hökm oxundu - FOTO

FHN-də kürsü savaşı – Asiman Hüseynov Cəbrayıl Xanlarovu yerindən edir?

Dövlət Agentliyinin mətbuat xidmətinə rəhbər təyin olundu

FHN bu şirkətlərə 2 milyonluq - SİFARİŞ VERDİ

Seçki ilə bağlı Avropa Şurasına dəvət göndəriləcək?

Azərbaycan Paris Paralimpiadasına daha bir lisenziya qazandı

`Reo-Med` adlı QƏSSABXANA... CAN ALIR... - İLGİNC FAKTLAR

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

İcra başçısı Qızıldaşda daş-çınqıl qoymadı – FOTO

"CƏNNƏT" restoranında SKANDAL: restoranın sahibi dava saldı... - HƏBS OLUNDU

Mərhum şairin güldanı oğurlandı - Qızı kimdən şübhələnir?

Uşağa Aşura gününü savadlı şəkildə təbliğ ETMƏK LAZIMDIR!

Tovuz döyüşlərindən 4 il ötür

COP29: Quruyan Xəzər dənizi və Hacıqabul gölü problemi - İqlim dəyişikliyinə qarşı mübarizə

“Cavab almaq mümkün olmur…” – Vəkillər İnzibati orqanlardan ŞİKAYƏTLƏNDİ

"Laçın dəhlizini Paşinyan bağladı" - Keçmiş baş nazir

Makron Ermənistan-Azərbaycan sülh müqaviləsindən danışdı

Baş Prokurorluqda yeni təyinatlar - FOTO

İctimai nəqliyyatda tələbələr üçün güzəşt ola bilər

Azər Məmmədovun qanunsuz şirkətləri büdcəyə necə ziyan vurur? – İTTİHAM VAR…

Fəzail Ağamalının yerinə qızı deputatlığa namizəd olur? — Özündən AÇIQLAMA

“Dəmir Yolları”nda DƏMİR KİMİ YEYİNTİ… – RƏSMİ İFŞA…

"İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına çalışırıq" - Ərdoğan

Rusiyadan İrəvan-Minsk münasibətləri ilə bağlı AÇIQLAMA

Bayden Zelenskiyə "Putin" adı ilə müraciət etdi

Bütün xəbərlər