Milli Məclisin VI çağırışı gələn həftə işini yekunlaşdıracaq

Milli Məclisin altıncı çağırışı gələn həftə işini yekunlaşdıracaq.

"DogruXeber.az" "Report"a istinadən xəbər verir ki, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq. 

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub. Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Qeyd edək ki, hazırda Milli Məclisin 115 deputatı (125 olmalıdır - red) var. Mərkəzi Seçki Komissiyasının bu il mayın 2-də keçirilən iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə bağlı deputat mandatından məhrum olunub.

2023-cü il sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Ötən il iyulun 14-də 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev dünyasını dəyişib.

Mərkəzi Seçki Komissiyanın 17.03.2022-ci il tarixində keçirilən iclasında Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.

Bundan başqa, 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunana qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.

Həmçinin, 2020-ci ilin avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib.

2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı MSK baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadi Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.


Oxunub: 240

Son xəbərlər

Nurlan Librenin həbs müddəti uzadıldı

Azərbaycan nefti bahalaşıb

Bayram günlərində yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

FHN "Qafqaznet"ə yenə tender verdi - Bu dəfə 262 min manat...

Külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb

Avrokomissiya prezidenti Rusiya əleyhinə sanksiyaların uzadıldığını təsdiqlədi

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Güləşçimiz Avropa çempionu oldu

Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir?

Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır - Britaniyanın dövlət naziri

Qəbələdə yanğın: Sakinlər təxliyə edildi

Simonyan Rusiyadan təhdid olunur - "Məni və uşağımı hədələyir"

Bütün xəbərlər