Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər

Məlum olduğu kimi, Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə seçkilər sentyabrın 1-nə təyin olunub.

Ölkəmizdə parlament seçkiləri bu ilin noyabr ayında keçirilməli idi. Ancaq həmin tarixdə Bakı qlobal əhəmiyyətli beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Bunu nəzərə alaraq hakim partiyanın deputatları prezidentdən parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasını xahiş edib. Konstitusiya Məhkəməsi sözügedən xahişin ana qanuna uyğun olduğu barədə qərar qəbul etdikdən sonra Prezident parlament seçkilərini 1 sentyabra təyin etdi.

Artıq parlament öz işini yekunlaşdırıb və sonuncu iclasını keçirib. Mövcud qanunvericiliyə görə, Azərbaycan Milli Məclisinin səlahiyyət müddəti 5 ildir. Ancaq VI çağırış Milli Məclisin səlahiyyət müddəti 5 ildən az, 4 il yarım oldu.

"DogruXeber.az" Modern.az-a istinadən xəbər verir ki, yeni seçilən deputatların da səlahiyyət müddəti 5 ildən az olacaq. Çünki Konstitusiyanın 98-1-ci maddəsinə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Sentyabrın 1-də seçiləcək deputatların səlahiyyət müddətinin beşinci ili 2028-ci ilin sentyabr ayında başlayacaq və mövcud qanunvericiliyə görə seçkilər həmin ilin noyabr ayında keçirilməlidir. Konstitusiya parlamentin səlahiyyət müddətinin 5 ildən artıq olmasına icazə vermədiyi üçün (xüsusi hallar istisna olmaqla) seçkilərin 2029-cu ildə keçirilməsi mümkün deyil.

Beləliklə, konstitusiyada nəzərdə tutulan müddəa dəyişdirilməsə və yenidən növbədənkənar seçkilər keçirilməsə, yeni parlamentin "ömrü” 4 il 1 ay olacaq.


Oxunub: 296

Son xəbərlər

Dini və mənəvi tərbiyənin əhəmiyyəti: Gənclərimizi nə qoruyur?

Kreml Ankara-Bakı-Dəməşq alyansına qarşı: “Suriyada əsas oyunçu statusundan məhrum olacağıq”

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi – Foto

Təbii fəlakətdə yararsız hala düşən evlərlə bağlı yeni qayda

Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar

“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? - Araşdırma

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - Araşdırma

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda şəxsiyyət vəsiqəsinə bu məlumatlar əlavə ediləcək

Azərbaycanda bəzi ixtisaslar ləğv olunacaq

ADY onlayn bilet alışını təşviq edir

"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

"-ov", "-yev" sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ

Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO // VİDEO

Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər

Məşhur göz həkiminə cinayət işi açıldı

Azərbaycanda hərbçilərin pensiyalarında dəyişiklik ediləcək? - Rəsmi açıqlama

Xocalının bu kəndlərinə ilk köç olacaq

Alimlər ev itlərinin məlum olan ən qədim cinsini müəyyən etdi

Qadının nikahda bədbəxt olduğunu göstərən 10 əlamət

Tramp Ukraynaya “Patriot” tədarükü barədə sərt bəyanat verdi

İlham Əliyevin Əbu-Dabi səfərindən diqqətçəkən məqamlar - VİDEO

“Taxta bazarı”nda yanğın - VİDEO

Paşinyan Brüsselə getdi

Rusiyanı dəstəkləyən bu ölkələrə xəbərdarlıq edildi

Bu gün onların şəhadətə ucalmasından 5 il ötür

DTX-dən əməliyyat - Kibercinayətkar həbs edildi

Daha 61 ailə doğma yurda yola salındı

Bütün xəbərlər