Azərbaycanda bu şəxslərə ayda 345 manat ödəniləcək

"Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək".

"DogruXeber.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək:

"Hər iki qurum hazırlanan sənədlərlə bağlı dövlət başçısına məlumat verəcək. Qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni, 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək. Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. İlkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.

Yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək".


Oxunub: 245

Son xəbərlər

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Hacı Vəliyevlə bağlı qərar verildi

BŞTİ-də yeni kadr təyinatı oldu

Nazir müavinin qardaşı tenderin qalibi oldu: 1.2 milyon manatlıq razılaşma

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!

Saleh Səmədovun yerinə yeni sədr seçildi

Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir

Ali Məclis Naxçıvanda yeni naziri vəzifəsinə təsdiqlədi

"İlham qardaşımın 9-cu nəvəsi oldu" - Ərdoğan

Yasamal rayonunda sakinlər üçün növbəti səyyar qəbul keçirildi - FOTO

“Nar”ın dəstəyi ilə “B4B” kitabının təqdim oldu - FOTO

"Dövlət layihəsi" adı altında "qaz vurub, qazan dolduranlar" - VİDEO

201 saylı məktəbin DİKTATOR direktoru Qərbi Azərbaycan əsilli vətəndaşı "ERMƏNİ KÖPƏYİ" adlandırmışdır. VİDEO!!!

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi

"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var

Azərbaycanın 9-cu hava limanı yaxında istifadəyə veriləcək - Prezident açıqladı

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi - Həyat yoldaşı müraciət etdi

Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

"Bu, Ermənistana qarşı ərazi iddiası demək deyil" - Prezident

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir // VİDEO

Tənhalıq kar olmağımıza səbəb ola bilər

Hansı evlərə “kupça” verilmir?

Sədr müavini Nazir təyin olundu

Ali Məhkəmədən əsassız varlanma ilə bağlı mühüm qərar

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb

"Varfarin DV"nin ölkəyə idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA

"Memar Əcəmi"yə ciddi təhlükə yaradan nəhəng obyekt tikintisi: Günahkarlar istədiklərini etməkdən çəkinmirlər - FOTOFAKTLAR

Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişdi

Bütün xəbərlər