gundem / siyaset / dunya
9.07.2024, 16:00
Simonyan MDB-nin iclasına getməyəcək
Ermənistan parlamentinin sədri Sankt-Peterburqda keçiriləcək MDB-nin parlamentlərarası assambleyasında iştirak etməyəcək.
"DogruXeber.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
"Ermənistan parlamentinin sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB-nin parlamentlərarası assambleyasında iştirak etməyəcək", - deyə sədrin köməkçisi Movses Arutyunyan qeyd edib.
Onun hansı səbəbdən iştirak etməyəcəyi açıqlanmır.