gundem / dunya
10.07.2024, 15:00
İranın yeni prezidenti bu tarixdə and içəcək
İran prezidentinin andiçmə mərasimi avqustun 9-da baş tutacaq.
"DogruXeber.az" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Məsud Pezeşkianın andiçmə mərasimi avqustun 9-da İslam Şurasında baş tutacaq", - məlumatda deyilir.
İran İslam Respublikasının yeni prezidenti iyulun 5-də keçirilən növbədənkənar seçkilərin ikinci turunda qalib gəlib. Keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian təxminən 53,6 faiz səs toplayaraq İranın 9-cu prezidenti olub.