gundem / siyaset / dunya
10.07.2024, 12:15
Səudiyyə Ərəbistanı G7-yə Rusiyanın aktivlərinə həbs qoyulması barədə xəbərdarlıq edib
Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi G7-yə üzv olan bəzi ölkələri Rusiya Federasiyasının dondurulmuş 300 milyard dollarlıq aktivlərinə həbs qoyulmasının yolverilməzliyi barədə məlumatlandırıb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ər-Riyadda ən pis halda bəzi Avropa borc öhdəliklərini sata biləcəklərinə eyham vurulub.
"Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi bəzi G7 tərəfdaşlarını Ukraynaya dəstək məqsədi daşıyan bu ideya ilə razılaşmadığını bildirib. Səudlar Fransa Xəzinədarlığının verdiyi borcları xüsusi qeyd ediblər”, deyə məqalədə qeyd edilir.
Ətraflı