Uşağa Aşura gününü savadlı şəkildə təbliğ ETMƏK LAZIMDIR!

DogruXeber.az: - Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib. Müraciətdə deyilir ki, bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edilir ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən, təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.

Məhərrəmlik ayı və Aşura mərasimi hər il olduğu kimi, bu ildə bir sıra məqamları gündəmə gətirib. Valideynlər qızlarını qara çarşaba bükərək məclislərə aparır. Azyaşlı oğlanlar isə sinəvurma mərasimlərində iştirak və özlərinə zərər yetirirlər. Demək olar ki, uşaqların belə mərasimlərə cəlb edilməsi çox az rast gəlinir. Artıq Azərbaycanda savadlı və dünyagörüşü yüksək olan şəxslərin sayı çoxalıb. Məhərrəmlik mərasimlərini əxlaqi, dini çərçivəni qoruyaraq keçirmək, ona uyğun matəm saxlamaq lazımdır.

Say azalsa da, bu tam olaraq aradan qalxıb deyə bilmərik. Azyaşlıların belə mərasimlərə cəlb olunması onların psixologiyasında hansı izlər buraxır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Fərqanə Mehmanqızının sözlərinə görə, əfsuslar olsun hələ də belə mərasımlərə uşaqların cəlb olunması halları baş verir:

“Belə dini mərasimlərin uşaqların psixilogiyasında buraxdığı izlər azyaşlının və ailənin psixoloji durumuna görə dəyişir. Həmin dini mərasimləri uşaqlara travmatik hadisə kimi aşılayanda onun beynində faciə kimi qalır. Bu onun gələcək həyatında hansısa bir hadisəyə baxışına öz təsirini göstərəcək. Uşağa Məhərrəmliyi, Aşuranı savadlı şəkildə, tarixi hadisə kimi aşıladıqda bu zaman vəziyyət dəyişir. Uşağa bunları bütün inanclı insanların tarixi hadisəyə bağlanmaları kimi məntiqli şəkildə izah etmək lazımdır. Belə olan təqdirdə azyaşlılar travma almır. İnsanların inanclarını cahilcə yox, savadlı şəkildə davam etdirməsi cəmiyyətə və uşaqlara daha çox xeyri olur”.

Psixoloq zəncir vurmaq, qan çıxarmaq, insanların özlərinə zərər yetirməsi halların nəinki uşaqlarda, böyüklərin psixologiyasına mənfi təsir göstərdiyini vurğulayıb:

“Mən insanların öz inanclarına sadiq qalmağın tərəfdarıyam. Çünki inanclar insanı psixoloji baxımından güclü edir. Amma düzgün, savadlı və cəmiyyətə zərər vurmayacaq inanc olmalıdır. Cahil inanc insanları uçuruma aparır. Ümid edirəm ki, məktəblərimizdə və verilən elm uşaqlara aşılanan cahil inanclardan daha güclü olacaq. Uşaqların bu cür baxışlarının yaranmasının qarşısını alacaqdır. Burada güc məktəbə və elmə düşür. Uşaq vaxtında ayılmalıdır. Ailə belə bir şey varsa, həmin ailədə olan uşaq 5-6 yaşından məktəbə gedir. Məktəbdə uşağa təhsil elə verilməlidir ki, o buna cahil kimi baxacaq. Biz buna nail olsaq uşaqlarımızı cahillikdən xilas etmiş olacağıq”.


Oxunub: 184

Son xəbərlər

Əbdülqadir Ansuxskinin meyvə şirə istehsalı edən müəssisəsi bağlandı- Video

Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar müayinə ediləcək

İnsanlar niyə özünü "şəfaçı", "yaşam koçu" adlandıran şəxslərə inanır? - AÇIQLAMA

Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi

Deputat Xanlar Fətiyevin rəhbərliyi dövründə…

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....

“Azərişıq” qanvermə aksiyası keçirib - FOTO

Azad olunmuş ərazilərə növbəti 3 tədris ilində ayrılacaq vəsait açıqlandı

Gənc qadınlarda xərçəng riski artır: Səbəblər və qarşısını almağın yolları

Abşeronda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub - FOTO

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin - Ödənişsiz və vasitəçilərsiz!

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Sabah Bakıda yağış yağacaq

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bütün xəbərlər