gundem / Cəmiyyət
13.07.2024, 20:13
Fərid İnşaat firması Şuşada xəstəxana tikintisi müqabilində - 21 MİLYON QAZANACAQ
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti “90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi (II mərhələ)” tenderinin nəticələrini elan edib.
"DogruXeber.az" FED.az-a istinadən xəbər verir ki, tenderin qalibi Fərid İnşaat Firması olub.
Qalib şirkətlə 21 424 488 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Fərid İnşaat Firması 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sübhan Həsənov Ələsgər oğludur. Hüquqi ünvanı AZ0900, Bərdə Rayonu, Bərdə Şəhəri, Nizami, ev 6/33 ünvanında yerləşir.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.