Fikrət Məmmədovun qızı YAP-ın siyahısında parlamentə gedir

1 sentyabrda keçiriləcək seçkilərdə çoxlu sayda tanınmış şəxsin övladı namizədliyini verəcək. Bu barədə həm namizədlərin şəxsi açıqlamalarında məlumat verilib, həm də YAP-ın siyahısında belə adları görmək olar.

"DogruXeber.az" AFN.az-a istinadən xəbər verir ki, hakim partiyanın siyahısında yer alan daha bir tanınmış şəxsin övladı keçmiş ədliyyə naziri Fikrət Məmmədovun qızıdır.

Belə ki, Nigar Məmmədova hakim partiyanın siyahısında 48 saylı Abşeron birinci seçki dairəsindən namizəd kimi irəli sürülüb. N.Məmmədovanın adı bizə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi tanışdır. O, bu vəzifəyə ötən ilin sentyabrından təyin edilib.

Həmçinin araşdırmalarımız zamanı məlum olmuşdur ki, 2019-cu ildə Nigar Məmmədova avtomobilini içkili vəziyyətdə idarə edərkən Saray postunda DYP əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtoqəza törətmişdir.

Hadisə zamanı xəsarət alan olmasada Nigar Məmmədova haqqında inzibati tədbir görülməməsi üçün Sahil Babayevin müdaxiləsi ilə olayın cəmiyyətdən gizlədilməsi nail olunmuşdur.

AFN.az-a məlumat verən mənbə bildirir ki, Fikrət Məmmədov ədliyyə naziri vəzifəsindən çıxarıldıqdan sonra N.Məmmədovanın da ƏƏSMN-də tutduğu rəhbər vəzifədə qalıb-qalmayacağı sual altına düşüb. “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”nin xanım direktoru bu təhlükəni hiss etdiyi üçün əlacı deputatlıqda görüb: “Ona yaşıl işıq yandırılıb artıq. Hər nə qədər vəzifədə olmasa da, Fikrət Məmmədovun hakim partiyada, hakimiyyət daxilində nüfuzu yüksəkdir. Bu səbəbdən də qızının YAP-ın siyahısında olması təəccüblü deyil. Ümumilikdə götürəndə, Nigar Məmmədovanı uğurlu kadr hesab etmək olar. Gənc yaşlarından müxtəlif vəzifələrdə çalışıb, təcrübəlidir. Ümid edək ki, parlamentə düşsə, aktiv deputat olacaq, seçicilərinə qarşı laqeyd olmayacaq”.


Oxunub: 800

Son xəbərlər

FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb - Salyan polisi araşdırma aparır

Bu hərbi hissədə nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb

Danimarkada Qurana hücumla bağlı ilk məhkəmə başladı

Əhalinin cəmi 2 faizinin banklarda pulu var - “Bu, sərvət bərabərsizliyinin nadir fotosudur...”

Gömrük komitəsinin binası yeni nazirlik üçün hazırlanır – Büdcəni dolduran qurumlar birləşdirilə bilər…

“Vinisius gedir” xəbərinə Ançelottidən reaksiya: Məndə məlumat var ki…

Bu tarixədək qar yağacaq - Xəbərdarlıq

Ən həssas 5 BÜRC: hər şeyi ürəyinə salırlar

Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur

Qazaxıstanın neft bazasında PARTLAYIŞ

Evindən köçməkdən imtina edən çinli yolun ortasında yaşayır

Pentaqonun yeni rəhbəri kimdir? – jurnalist, cinsi zorakılıq, alkoqoldan sui-istifadə

“Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür

DYP səfərə hazırlaşan sürücülərə müraciət etdi

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

Bazar gününə olan hava proqnozu

Azərbaycan nefti ucuzlaşdı

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

Bu rayonlara qar yağır

Ərdoğan onlarla vəzifəli şəxsi işdən azad etdi

Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Buz üzərində qaçan “ayı" rekord qırdı

İmtahanlardan keçmək taksi sürücülərinə nə qazandırır?

Tramp Danimarkanın Baş nazirinə zəng edib Qrenlandiyanı istədi: Nə cavab aldı?

Ağ Evin ucuz neft hədəfi - Azərbaycana necə təsir edəcək?

ABB-nin blokladığı kartdan 10 min 700 manat oğurlanıb - Bank məsuliyyətdən yayınır

“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

Bütün xəbərlər